Con Makkeyn müalicəsini dayandırdı, ölümü seçdi

© AFP 2023 / Nicholas KAMMКандидат в президенты от Республиканской партии Джон Маккейн
Кандидат в президенты от Республиканской партии Джон Маккейн - Sputnik Azərbaycan
Abunə olmaq
Makkeyn may ayında bəyan edib ki, onun dəfn prosesində hazırkı prezident Donald Trampın deyil, vitse-prezident Maykl Pensin iştirak etməsini istəyir.

BAKI, 25 avqust — Sputnik. 2017-ci ildə həkimlərin beyin xərçəngi diaqnozu qoyduqları ABŞ-ın respublikaçı senatoru Con Makkeyn müalicəsini terminal mərhələdə dayandırmaq qərarına gəlib.

Sputnik Azərbaycan "Reuters"ə istinadla xəbər verir ki, bu barədə avqustun 24-də 81 yaşlı siyasətçinin ailəsinin yaydığı bəyanatda qeyd olunur: "Con həkimlərin ona verdiyi yaşamaq müddətindən də çox yaşayıb".

Ailəsi qeyd edir ki, Makkeynin şiddətlənən xəstəliyi və yaşlanması aqressiv xəstəliyə qarşı mübarizəni dayandırmaq qərarı qəbul etməsinə səbəb olub: "O, öz istəyi ilə müalicəni dayandırmaq qərarına gəldi".

Qeyd edək ki, avqustun 29-da senatorun 82 yaşı tamam olacaq.

Con Makkeynin xərçəng xəstəliyinə yoluxması barədə rəsmi məlumat 2017-ci ildə yayılıb. Onun beyin xərçənginin aqressiv şəkli olan qlioblastomadan əziyyət çəkdiyi bildirilir.

Makkeyn may ayında bəyan edib ki, onun dəfn prosesində hazırkı prezident Donald Trampın deyil, vitse-prezident Maykl Pensin iştirak etməsini istəyir.

Xəbər lenti
0