Donald və Melaniya Tramp

Trampdan qadınlarla bağlı qalmaqal: "Onlara susmaq üçün verdiyim pul qanunidir"

56
(Yenilənib 23:35 23.08.2018)
Həmin iki qadın porno ulduzu Stormy Daniels və keçmiş model Karen Mcdougaldır

BAKI, 23 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp keçmişdə cinsi əlaqədə olduğu iddia edilən iki qadın ilə bağlı açıqlama verib.

Sputnik Azərbaycan "BBC"yə istinadla xəbər verir ki, Tramp, 2016-cı ildə keçirilən seçki kampaniyası zamanı qadınlara danışmamaları üçün pul verdiyini və bunun seçki kampaniyası qanunlarına zidd olmadığını bildirib.

"Fox" televiziyasına açıqlama verən Tramp qadınlara ödəmələri öz cibindən verdiyini, seçki kampaniyası üçün ayrılan vəsaitdən istifadə etmədiyini dilə gətirib.

Qeyd edək ki, bu ödənişlər Trampın prokurorluqla əməkdaşlığa gedən keçmiş vəkili Maykl Koen tərəfindən edilmişdi. Koen qadınlara iki dəfə ödəmə edərək seçki kampaniyalarının maliyyələşdirilməsi ilə bağlı qanunları pozduğunu etiraf etmişdi.

Donald Tramp isə keçmişdə ödənişlər haqqında bir məlumatı olmadığını iddia etmişdi. Tramp həmçinin Koeni daha az cəza almaq üçün yalanlar uydurduğu ilə ittiham etmişdi.

Həmin iki qadın porno ulduzu Stormy Daniels və keçmiş model Karen Mcdougaldır.

ABŞ-da seçki qanunlarına görə, bütün xərclər seçki komissiyasına bildirilməlidir.

Qadınlara ödəmələrin qanuni olub-olmadığı isə pulun Trampın şəxsi nüfuzunu qorumaq, yoxsa seçki kampaniyası zamanı imicinin zədələnməsinə mane olmaq üçün verildiyi sualının cavabı müəyyənləşdirəcək.

56
Teqlər:
porno ulduz, pul, qadın, cinsi əlaqə, ABŞ prezidenti Donald Tramp