BAKI, 23 avqust — Sputnik. Türkiyənin Hərbi Hava Qüvvələri PKK terrorçularının İraqın şimalındakı mövqelərinə zərbələr endirib.
Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, İraqın şimalındakı Hakurk bölgəsinə təşkil olunan hava hərəkatında terror təşkilatı tərəfindən istifadə olunan silah-sursat anbarı məhv edilib.
Məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın “Mega Millions” lotereyasının Miçiqan ştatında satılan biletinə 1 milyard dollarlıq uduş düşüb.
“Report” lotereyanın saytına istinadən xəbər verir ki, bu, 739,6 milyon dollar nağd pul deməkdir.
Bu məbləğ lotereyanın tarixində ikinci böyük uduşdur. Belə ki, 2018-ci ildə Cənubi Karolinada 1,5 milyard dollarlıq uduş düşən bilet satılmışdı.
Srağagün “AP” xəbər verib ki, “Powerball” lotereyasının Merilend ştatında satılmış biletin sahibi cekpot çıxararaq külli miqdarda uduşun sahibi olub. Həmin uduş sahibinə 29 il ərzində 30 hissə ilə 731,1 milyon dollar köçürülə, yaxud birdəfəlik 546,8 milyon dollar ödənilə bilər.
BAKI, 23 yanvar - Sputnik. Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur.
"Report" xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.
Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.
Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.
Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.
BAKI, 23 yanvar - Sputnik. İmişli rayonunda fəaliyyət göstərən “İmişli-Quşçuluq” MMC iflas mərhələsində olduğunu elan edib.
“Report” xəbər verir ki, “İmişli-Quşçuluq”un müflis elan olunması ilə bağlı məhkəmə baxışı yanvarın 29-u, saat 11:00-da Şirvan Kommersiya Məkəməsində keçiriləcək.
Xatırladaq ki, “İmişli-Quşçuluq” MMC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,073 mln manat, qanuni təmsilcisi isə Gözəl Əmirxan qızı Səfərovadır.