Əbu Bəkr əl-Bağdadi

İŞİD lideri yenə "xortladı"

320
(Yenilənib 20:42 23.08.2018)
Məlumata görə, Bağdadi Türkiyə və ABŞ arasında yaşanan gərginlikdən, eləcə də rahib Branson haqqında danışıb

BAKI, 23 avqust — Sputnik. Uzun müddətdir öldüyü deyilən İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-Türkiyə münasibətləri ilə bağlı səsə yazısı ortaya çıxıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda səs yazısı araşdırılır. Məlumata görə, Bağdadi Türkiyə və ABŞ arasında yaşanan gərginlikdən, eləcə də rahib Branson haqqında danışıb. 

Bundan əlavə o təşkilat üzvlərini cihada da səsləyib.  

"Reuters"-in məlumatına görə, səs qeydində Bağdadi bir neçə mövzu ətrafında danışıb. Onun ən son səs qeydinin 2017-ci il sentyabr ayında yayıldığı bildirilir. 

Bağdadiyə aid olduğu iddia edilən səs qeydində Türkiyənin rahib Bransonu azadlığa buraxmaması ABŞ-ın zəifliyi kimi dəyərləndirilib.

320
Teqlər:
İŞİD lideri, Əbu Bəkr əl-Bağdadi, səs yazısı, Türkiyə, ABŞ