ABŞ siyasi arenada İrana uduzur: BMT də Vaşinqtonun əleyhinə çıxdı

© AFP 2023 / ALEXANDER KLEIN BMT-nin Vyana ofisi
BMT-nin Vyana ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
Xüsusi nümayəndə xatırladıb ki, BMT bəyannaməsinə əsasən sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq olunur

BAKI, 22 avqust — Sputnik. Birləşmiş Ştatların rəsmi Tehrana qarşı tətbiq etdiyi sanksiyalar qanunsuzdur, İran iqtisadiyyatını dağıdır və mülkü vətəndaşların həyatına neqativ təsir edir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin xüsusi nümayəndəsi İdris Cazairinin yaydığı bəyanatda bildirilir.

"ABŞ-ın BMT Təhlükəsizlik Şurasının da birmənalı olaraq qəbul etdiyi İranla bağlı sazişdən birtərəfli  qaydada çıxmasından sonra İrana qarşı yenidən tətbiq olunan sanksiyalar bu tədbirlərin qanunsuz olduğunu göstərir" — deyə o bildirib.

BMT yığıncağı - Sputnik Azərbaycan
Vaşinqtondan BMT Təhlükəsizlik Şurası qarşısında sərt tələb

Xüsusi nümayəndə xatırladıb ki, BMT bəyannaməsinə əsasən sanksiyalar BMT Təhlükəsizlik Şurasının qərarı ilə tətbiq olunur. Onun sözlərinə görə, sanksiyalar adi insanların hüquqlarını pozmalı deyil və qanuni əsasa malik olmalıdır. Bu halda isə bu meyarların heç biri gözlənilmir: "Bu ədalətsiz və zərərli sanksiyalar İran iqtisadiyyatı və valyutasını məhv edir, insanların yoxsulluqla üzləşməsi ilə nəticələnir və ölkədə idxal olunan məhsulları əlçatmaz edir"

Qeyd edək ki, avqustun 7-dən etibarən Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib.

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırılır. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xəbər lenti
0