Öküz, arxiv şəkli

Bir heyvanı da kəsə bilmirlər: 7 min nəfər qurbanın qurbanı oldu

747
(Yenilənib 14:20 22.08.2018)
Qəssablar daha çox əl, qol və ayaqlarını yaralayıblar

BAKI, 22 avqust — Sputnik. Qurban Bayramında müsəlmanlar dini borclarını icra etmək üçün qurban kəsirlər. Hər il olduğu kimi bu il də qurban kəsilən zaman qəssabların etdiyi səhvlər onların müxtəlif bədən xəsarətləri alması ilə nəticələnib. Söhbət qeyri-peşəkar qəssablardan gedir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən məlumat verir ki, bu bayramda 7 min qəssab özünü yaralayıb və xəstəxanaya müraciət etməli olub. Keçən il Türkiyədə bu rəqəm 3102 nəfər olub, bu il isə 2 dəfədən çox artıb.

Belə "qəssablar" İstanbul şəhərində çoxluq təşkil edib. Tunceli, Bingöl, Siirt şəhərində isə bu səbəbə görə xəstəxanalara müraciət olunmayıb. Qəssablar daha çox əl, qol və ayaqlarını yaralayıblar. Yaralılar ilkin tibbi yardımdan sonra evə buraxılıblar.

747
Teqlər:
yaralanma, qəssab, Qurban bayramı, xəstəxana
NATO-nun Baş katibi Yens Stoltenberq, arxiv şəkli

Yens Stoltenberq: Gürcüstan Ukrayna NATO üzvü olacaqlar

53
NATO-nun Baş katibi: "Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik".

BAKI, 5 mart - Sputnik. "Gürcüstan və Ukrayna tarixi və coğrafi baxımdan müxtəlif ölkələr olsalar da, hər ikisi NATO-ya üzv olmağa can atır və biz bu işdə onlara kömək edəcəyik".

Sputnik Azərbaycan Rossiya1 telekanalına istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüggedə Avropa Kollecindəki çıxışı zamanı bəyan edib.

"NATO-nun qapıları açıq olaraq qalır. Buxarest sammitində qərara gəldik ki, Ukrayna və Gürcüstan NATO üzvü olacaq. Amma dəqiq tarix demədik. Çünki bu ölkələr NATO-ya üzv olmaq üçün alyansın standartlarına cavab verməlidirlər", - deyə Y.Stoltenberq bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkələr bütün diqqətini islahatlar, demokratik institutların möhkəmlənməsi və korrupsiyaya qarşı mübarizə istiqamətinə yönəltməlidir. Bu, Ukrayna və Gürcüstana NATO-ya üzv olmaq üçün kömək edəcək.

Baş katib həmçinin heç bir ölkənin, o cümlədən də Rusiyanın bu prosesə mane ola bilməyəcəyini qeyd edib.

53
Teqlər:
Gürcüstan, Ukrayna, baş katibi Yens Stoltenberq, Yens Stoltenberq, NATO
Asteroid

Yer kürəsi təhlükədə - beş asteroid birdən yaxınlaşır

91
(Yenilənib 00:52 06.03.2021)
Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

BAKI, 5 mart - Sputnik. Bu gecə Yer kürəsinə sərnişin təyyarəsi ölçüsündə asteroid yaxınlaşacaq. Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bu barədə NASA JPL Elmi Tədqiqat Mərkəzi bildirib.

Saytdakı hesablamalara əsasən 2021 CF8 asteroidinin Yerdən ən yaxın məsafəsi 4,4 milyon kilometr təşkil edəcək. Göy cisiminin diametri 52 metrə bərabərdir.

Bu gün Yer kürəsinin yaxınlığından həmçinin 2021 CN3 asteroidi keçəcək. Onun diametri azdır, ancaq planetmizdən daha yaxın məsafədən uçacaq.

Növbəti 3 gündə Yer kürəsinin yaxınlığından növbəti həmçinin daha üç asteroid keçəcək. Onlardan ən böyüyü 2021 EB-dir. Onun diametri 43 metrə malikdir və planetimizdən 2,7 milyon kilometr məsafədə keçəcək.

91