Karakasda zəlzələ nəticəsində zədələnmiş bina, 21 avqust 2018-ci il

Venesuelada güclü zəlzələ olub, paytaxtda göydələn əyilib - VİDEO

284
(Yenilənib 11:34 22.08.2018)
Venesuelada baş verən zəlzələ bütün ölkədə hiss olunub. Evlərin divarları çat verib, bəziləri isə dağılıb

BAKI, 22 avqust — Sputnik. Latın Amerika ölkəsi olan Venesuelada güclü zəlzələ baş verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ 7.3 bal gücündə olub. Zəlzələ ən çox ölkənin şimalında Sucra əyalətində hiss edilib. Sucra əyalətinin rəhbəri Edvin Rojas hələlik onlara insan ölümü ilə bağlı heç bir məlumat daxil olmadığını açıqlayıb.

Hadisə ilə bağlı Venesuelanın daxili işlər naziri Nestor Luis Reverol açıqlama verib. O, bildirib ki, ölüm hadisəsi olmasa da, çox sayda yaralı var və ölkəyə ciddi maddi zərər dəyib. Nazir qısa bir zamanda zəlzələnin fəsadları ilə bağlı açıqlama verəcəklərini, əhalidən sakit olmalarını xahiş edib.

Nestor Reverol bildirib ki, paytaxt Karakasda hündürlüyü 200 metr olan göydələnin ("Davud qəsri") son 5 mərtəbəsi zəlzələdən sonra 25% yana əyilib.

​Bələdiyyə nümayəndəsi Ernana Mateo isə binanın hər an tamamilə dağıla biləcəyini deyib: "Davud qəsri" köhnə tikilidir və yuxarı mərtəbələri çat verib. İstənilən hərəkət onu yerlə-yeksan edə bilər".

Venesuelada baş verən zəlzələ bütün ölkədə hiss olunub. Evlərin divarları çat verib, bəziləri isə dağılıb.

284
Teqlər:
"göydələn", dağıntı, yaralı, Venesuela, zəlzələ