ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

ABŞ prezidentindən etiraf: Türkləri sevirəm, amma...

711
(Yenilənib 13:19 21.08.2018)
Amerika prezidenti: Türkiyənin etdiyi çox narahatlıq doğurur

BAKI, 21 avqust — Sputnik. Prezident Donald Tramp ABŞ və Türkiyə arasında olan rahib Branson problemi ilə bağlı Reuters-ə eksklüziv açıqlama verib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Tramp Türkiyəyə tətbiq edilən sanksiyalarla bağlı heç bir uzlaşmanın olmayacağını deyib. O bildirib ki, türk xalqını sevməsinə baxmayaraq, bu sanksiyaları tətbiq etmək məcburiyyətindədir:

"Türkiyəni sevirəm. Türkiyənin insanlarını çox sevirəm. Bu ana qədər sizin də bildiyiniz kimi, prezidentlə çox yaxşı münasibətlərimiz vardı. Onunla bir-birimizi yaxşı başa düşürdük. Ona qarşı münasibətim çox yaxşıdır. Ancaq bu, birtərəfli ola bilməz. Artıq ABŞ tərəfindən birtərəfli yollar olmayacaq".

Tramp Rəcəb Tayyib Ərdoğanla razılığa gəldiyini və bu çərçivədə İsraildə həbsdə olan bir Türkiyə vətəndaşını azadlığa çıxardığını deyib. O, bunun qarşılığında Ərdoğanın rahib Bransonu azad edəcəyini düşündüyünü bildirib.

"Onun üçün həmin Türkiyə vətəndaşının azadlığa çıxmasını təmin etdim. Onun da bu məsum, mükəmməl, gözəl ata və yaxşı bir xristian olan o adamı (Endryu Bransonu-red.) Türkiyədən çıxarmasını gözlədim. Türkiyənin etdiyi çox narahatlıq doğurur. Qorxunc bir xəta törətdiklərini düşünürəm. Heç bir uzlaşma olmayacaq" – deyə Tramp əlavə edib.

Tramp ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaların Avropa ölkələrinə təsir etməyəcəyinə inanmadığını da deyib.

"ABŞ-ın sanksiyalarının başqa ölkələrin iqtisadiyyatına zərər verəcəyindən narahat deyilsinizmi?" — sualına Tramp belə cavab verib: "Heç narahat deyiləm. Lazım olan bu idi. Artıq heç bir razılıq olmayacaq".

Xatırladaq ki, Türkiyə vətəndaşı Ebru Özkan bir müddət əvvəl İsraildə həbs edilmişdi. Sonradan Tramp İsrail lideri Netanyahudan Özkanın azadlığa çıxmasını tələb etmiş və Özkan İsrail tərəfindən deportasiya edilərək Türkiyəyə qayıtmışdı.

Əvvəllər ABŞ xüsusi xidmət orqanlarının əməkdaşı olduğu iddia edilən rahib Endryu Branson Türkiyədə terror qruplaşmalarına və FETÖ hərəkatına dəstək verməkdə şübhəli bilinərək həbs edilib. Branson 15 iyul 2016-cı il tarixində Türkiyədə baş verən dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur. Türkiyə ABŞ-ın FETÖ lideri Fətullah Güləni verməyəcəyi təqdirdə, Bransonu azad etməyəcəyini açıqlayıb. Bu isə iki ölkə arasında gərginliyə səbəb olub. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

711
Teqlər:
rahib Endryu Branson, sanksiyalar, ABŞ prezidenti Donald Tramp, Rəcəb Tayyip Ərdoğan, Türkiyə, ABŞ
Əlaqədar
Türk nazirdən ABŞ-ın yeni sanksiya siqnalı verməsinə sərt reaksiya
"Bizimlə heç kəs təhdid dili ilə danışa bilməz" – Ərdoğan
Rahib yenə həbsdə qaldı, vəziyyət gərginləşə bilər
Rahib böhranı Ankara və Vaşinqtonu hara aparacaq?
Dövlət Departamenti rahib Endryü Bransonla bağlı açıqlama verib
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

8
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

8
Ramil Quliyev

Dünya çempionu da "Qarabağ Azərbaycandır!" dedi

22
(Yenilənib 23:21 29.10.2020)
İdmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə millisinin azərbaycanlı dünya çempionu Ramil Quliyev Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket zərbələri ilə törətdiyi terror barədə özünün "Instagram" səhifəsində paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, idmançı üzərində "Pray for Barda" ("Bərdə şəhəri üçün dua edin") sözləri və 19 nəfərin öldüyü, 50 nəfərin yaralandığı yazılmış foto paylaşıb.

Ramil Quliyevin paylaşımının skrinşotu

Bununla yanaşı, sosial şəbəkədə Qarabağa aid video yayımlayıb və qeyd bölməsinə "Qarabağ Azərbaycandır" yazıb.

Qeyd edək ki, 30 yaşlı idmançının "Instagram"da 67 mindən çox izləyicisi var.

22
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

0
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

0