ABŞ-da Azadlıq heykəli

Vəziyyət gərginləşir: ABŞ dövlət çevrilişi hazırlığında ittiham edildi

236
(Yenilənib 18:11 19.08.2018)
Dövlət Departamenti avqustun 16-da İran üzrə öz siyasətinin koordinasiyası üçün işçi qrup yaradıldığını elan edib

BAKI, 19 avqust — Sputnk. ABŞ Dövlət Departamentində İranda dövlət çevrilişi hazırlığı məqsədi ilə təşəbbüs qrupu yaradıb.

Sputnik Azərbaycan RIA Novosti-yə istinadla xəbər verir ki, bu barədə öz Twitter hesabında İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yazıb: "65 il əvvəl ABŞ xalq tərəfindən seçilmiş demokratik Mossadık hökumətini devirib diktatura qurdu və iranlıları növbəti 25 ildə ona tabe etdi. İndi Dövlət Departamentindəki təşəbbüs qrupu da təzyiq, yalan məlumat yayma və demaqoqluq yolu ilə həmin işi həyata keçirməyi planlaşdırır. Amma bu cəhd alınmayacaq".

​Qeyd edək ki, Dövlət Departamenti avqustun 16-da İran üzrə öz siyasətinin koordinasiyası üçün işçi qrup yaradıldığını elan edib. Qrupa ABŞ-ın İran üzrə xüsusi nüayəndəsi təyin olunmuş Brayan Huk rəhbərlik edəcək.

Yeri gəlmişkən, Huk jurnalistlərə bildirib ki, qrupun formalaşması haqda elanın 1953-cü ildə Tehranda islahatçı baş nazir Məhəmməd Mossadık hökumətinin devrilməsi üzrə ABŞ və Böyük Britaniya xüsusi xidmət orqanlarının əməliyyatının ildönümünə düşməsi "sırf təsadüfdür".

236
Teqlər:
dövlət çevrilişi cəhdi, ittiham, Məhəmməd Cavad Zərif, İran, Dövlət Departamenti, ABŞ
COVİD-19-da ölən şəxs, arxiv şəkli

ABŞ-da koronavirusa yoluxanların sayı 3 milyona çatır

2
(Yenilənib 12:07 07.07.2020)
Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 622 741-yə çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 538 079 nəfər vəfat edib, 6 302 689 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 938 min 625 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 686 852 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Planet, arxiv şəkli

Hazırlaşın, başqa yerə uçuruq! Alimlər həyat üçün yararlı planetlər tapdılar

74
(Yenilənib 22:25 06.07.2020)
Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.

BAKI, 7 iyul — Sputnik. Alimlər həyat üçün əhəmiyyətli hesab edilə bilən ekzoplanet kəşf ediblər. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, o, Günəşdən 10,7 işıq ili uzaqlıqda yerləşir.

Planetlər Lacaille 9352 və ya GJ 887 adlı bir ulduzun ətrafında fırlanır. Elm adamları Yer və Marsa bənzər iki qaya planetinin varlığını təsdiqləyiblər. Onların fikrincə, üçüncü planet də ola bilər.

Lacaille 9352 ulduzu Günəşin yarısı boydadır, qırmızı cırtdan planetdir və Süd Yolunda çox yayılmış kiçik və nisbətən sərin işıqlandırıcıdır. Ulduz atmosferi və yaxınlıqdakı planetlərdə həyat əlamətlərini məhv edə biləcək gücdə parlaq deyil.

Alimlər bu sistemi 3 ay müddətində Çilidə La Silla teleskopu vasitəsilə araşdırıblar. İki ekzoplanet GJ887b və GJ88c adlandırılıb. GJ 887b Yerdən 4,2 dəfə böyükdür və ulduz ətrafında 9,3 günə fırlanır. GJ 887c isə Yerdən 7,6 dəfə böyükdür və 21,8 günə fırlanır.

Əlavə araşdırmalar aparılmadan planetlərin sıx və ya qazlı olub-olmadığını söyləmək mümkün deyil. Bu planetlər ulduza yaxın məsafədədir və demək olar ki, əlverişli zonanın sərhədindədirlər.

Üçüncü planetin mövcudluğu təsdiqlənərsə, Günəşdən ən əlverişli məsafədə olmalıdır. Həmin planetdə çox isti və çox soyuq olmayacaq. Onun orbital dövrü təxminən 50 gündür. Alimlər hesab edirlər ki, planetdə həyat üçün uyğun şərait yarana bilər.

"Əgər davamlı müşahidələr yaşayış zonasında üçüncü bir planetin olmasını təsdiqləsə, GJ 887 Günəşin yaxınlığında ən çox araşdırılan planetar sistemlərdən birinə çevrilə bilər", - deyə araşdırma müəllifləri bildirib.

74