Ukraynada polis avtomobili

Lotu Qulinin azərbaycanlı düşməni Kiyevdə saxlanıldı - VİDEO

391
(Yenilənib 15:18 19.08.2018)
Bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib

BAKI, 19 avqust — Sputnik. Ukraynada Kiyev vilayətinin polisləri "Dato Ağcabədinski" ləqəbli "qanuni oğrunu" saxlayıblar.

Sputnik Azərbaycan cenzor.net-ə istinadla xəbər verir ki, bu barədə Facebook-da Ukrayna Milli Polisinin rəis müavini Vyaçelsav Abroskin bildirib.

  • Dato Ağcabedinski ləqəbli qanuni oğrun
    "Dato Ağcabedinski" ləqəbli "qanuni oğrun"
    © Photo : Сensor
  • Dato Ağcabedinski ləqəbli qanuni oğrun
    "Dato Ağcabedinski" ləqəbli "qanuni oğrun"
    © Photo : Сensor
  • Dato Ağcabedinski ləqəbli qanuni oğrun
    "Dato Ağcabedinski" ləqəbli "qanuni oğrun"
    © Photo : Сensor
1 / 3
© Photo : Сensor
"Dato Ağcabedinski" ləqəbli "qanuni oğrun"

"Dünən axşam Kiyev polisinin əməkdaşları 1985-ci il təvəllüdlü "Dato Ağcabədinski" (Məmmədov Cavid İltizam oğlu — red.) saxlanılıb. Bu "turist" əvvəllər də Kiyev, mayda isə Lvov polisi tərəfindən saxlanılmış və barəsində üç il gəlişinə qadağa qoyulmaqla, Ukrayna ərazisindən deportasiya haqqında qərar çıxarılmışdı" — deyə, Abroskin yazıb.

O əlavə edib ki, Ukraynada digər "qanuni oğrular" da var və polis onları ölkədən çıxarmaq üçün əlindən gələni edəcək.

Qeyd edək ki, "Dato Ağcabədinski Loti Qulinin əsas düşmənlərindən biri sayılır.

391
Teqlər:
"Dato Ağcabədinski", qanuni oğru, Kiyev, Ukrayna
Çap maşını, arxiv şəkli

Çin jurnalistlərini ölkədən çıxaran ABŞ-a "cavab zərbəsi" hazırlayır

5
(Yenilənib 17:02 04.08.2020)
"Global Times" qəzetinin baş redaktoru Xu Sitszin: "ABŞ tərəfinin jurnalistlərin vizasını uzatmadığını nəzərə alan Çin, ən pis ssenariyə hazırlaşır"

BAKI, 4 avqust — Sputnik. Çin Xalq Respublikası "ən pis ssenari"yə hazırlaşır. Çünki çinli jurnalistlərin hamısının ABŞ-ı tərk etməsi lazım gələcək. Bu barədə məlumatı "Global Times" qəzetinin baş redaktoru Xu Sitszin verib. Onun sözlərinə görə, bu halda Pekin cavab tədbirləri, o cümlədən Honkonqda yerləşən amerikalı jurnalistlərə qarşı tədbirlər görəcək.

"ABŞ tərəfinin Çin jurnalistlərinin vizasını uzatmadığını nəzərə alan ÇXR tərəfi ən pis ssenariyə hazırlaşır. Çünki Çin jurnalistlərinin hamısının ABŞ-ı tərk etməsi lazım gələcək. Bu halda Çin cavab zərbəsi endirəcək və Honkonqda yerləşən amerikalı jurnalistlərlə bağlı müvafiq tədbirlər görəcək", - deyə baş redaktor "Twitter"-də yazıb.

RİA Novosti xəbər verir ki, ABŞ-la Çin arasında ziddiyyətlər koronavirus epidemiyasının KİV-də işıqlandırılması ilə əlaqədar kəskinləşib.

ABŞ Çinin bir sıra dövlət KİV-dən Amerika ərazisində fəaliyyət göstərən jurnalistlərin sayını azaltmağı tələb edib ki, bu da 60 jurnalistin faktiki olaraq ölkədən çıxarılmasına səbəb olub.

Çin isə öz növbəsində "New York Times", "Wall Street Journal" və "Washington Post" qəzetlərinin ÇXR ərazisində fəaliyyət göstərən amerikalı müxbirlərinə qarşı jurnalist vəsiqələrini təhvil vermək tələbini irəli sürüb. Həmçinin ABŞ-dan olan jurnalistlərin ölkəni tərk etməsi tələb olunub.

5
 Koronavirus qarşı peyvənd, arxiv şəkli

COVID-19 vaksininin uşaqlar üzərində sınaqlarının tarixi məlum olub

133
(Yenilənib 16:00 04.08.2020)
Sınaqlar qışda başlayacaq çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

BAKI, 4 avqust — Sputnik. Rusiyanın Qamaleya adına Milli Tədqiqat Mərkəzi COVID-19 peyvəndinin uşaqlar üzərində tədqiqinə gələn ilin yanvar-fevral aylarında başlamağı planlaşdırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə mərkəzin direktoru Aleksandr Gintsburq bildirib.

"Biz bu sənəd paketini işləyib hazırlamağa başlamışıq, çünki institut heç vaxt uşaqlar üzərində sınaq aparmayıb. Pediatrlar bu xüsusiyyətləri bilirlər və biz onlarla birlikdə Səhiyyə Nazirliyinə təqdim edəcəyimiz sənədlər paketini yazırıq ki, uşaqlar üzərində bunu həyata keçirə bilək – amma yalnız böyüklər üzərində bütün tədqiqatları bitirdikdən sonra", - Ginsburq bildirib.

Onun sözlərinə görə, sınaqlar qışda başlayacaq, çünki böyüklər üzərində koronavirus peyvəndi testlərinin üçüncü mərhələsi təxminən beş ay davam edəcək. Sınaqlarda təxminən iki min insan iştirak edəcək.

Koronavirusa qarşı Rusiya peyvəndinin sınaqları

Bundan əvvəl Rusiya Səhiyyə naziri Mixail Muraşko Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqlarının başa çatdığını elan edib.

O, hökumətin oktyabrda kütləvi peyvəndləmə aparmaq niyyətində olduğunu vurğulayıb. Peyvəndlər ilk növbədə "xüsusi qruplar"nın nümayəndələrinə – tibb işçilərinə və müəllimlərə veriləcək.

Mütəxəssislər preparatı Müdafiə Nazirliyi ilə birgə işləyib hazırlayıblar. İyulun sonunda hərbi hospitaldan sınaqlarda iştirak etmiş 20 könüllünün ikinci qrupu buraxılıb. Onların hər birində immun reaksiya yaranıb, heç bir yan təsir və ya ağırlaşma aşkar edilməyib.

"Vektor" mərkəzi də öz vaksininin klinik sınaqlarını həyata keçirməyə başlayıb. Bu vaksinin istehsalı noyabrda başlaya bilər.

133
Kişi əllərini yuyur, arxiv şəkli

Su problemi tezliklə həllini tapacaq?

0
(Yenilənib 18:48 04.08.2020)
Onun sözlərinə görə, hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 4 avqust — Sputnik. Hazırda Neftçalada vəziyyət gərgindir. Xəzər dənizinin Kürün suyuna qarışması ilə bağlı Neftçala şəhəri və rayonun 38 kəndi içməli sudan məhrum olub. Fövqəladə Hallar Nazirliyi, rayon icra hakimiyyəti və Azərsu ASC-nin dəstəyi ilə orada həm maşınlarla və modul tipli qurğularla su daşınır. Çənlər quraşdırılıb.

Qeyd edək ki, hazırda ölkə ərazisində su qıtlığı müşahidə edilir.

Millət vəkili Sevinc Hüseynova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, su problemlərinin həlli ilə bağlı mühüm tədbirlər keçirilməyə başlayıb.

© Photo : Courtesy of Sevinc Huseynova
Millət vəkili Sevinc Hüseynova

Millət vəkili bildirib ki, bir müddət əvvəl ölkə başçısının rəhbərliyi su məsələsinə həsr olunmuş müşavirə də bunu təsdiqləyir: Belə ki, görülən işlər nəticəsində Bakıda içməli su təminatı 40 faizdən 80 faizə, regionlarda isə 9 faizdən 63 faizə çatdırılıb. Eləcə də, ötən müddət ərzində yeni su anbarlarının tikintisi, artezian quyularının qazılması bu prosesə əhəmiyyətli təsir göstərib".

Onun sözlərinə görə, hazırda isə hədəf insanların içməli suya və suvarma suyuna tələbatını 100 faiz təmin etməkdən ibarətdir.

"Cənab Prezidentin "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalaması da bu məqsədə xidmət edir", - deyə S.Hüseynova vurğulayıb.

0