Seysmoqraf. Arxiv şəkli

Dünya güclü silkələndi

706
(Yenilənib 11:13 19.08.2018)
Sakit okeanın cənub şərqində, Fici adaları yaxınlığında baş verən zəlzələnin gücü 8,2 bala çatıb

BAKI, 19 avqust — Sputnik. Dünyanın müxtəlif yerlərində güclü zəlzələlər olub. Sputnik Azərbaycan xəbər verir ki, ən güclü zəlzələ Fici adası yaxınlığında baş verib.

Sakit okeanın cənub şərqində, Fici adaları yaxınlığında baş verən zəlzələnin gücü 8,2 bala çatıb. ABŞ Geoloji Xidmətindən verilən məlumata görə, yeraltı təkanlar Ndoi adasından 290 kilometr şimal-şərqdə, ocağı isə 560 kilometr dərinlikdə yerləşib.

Daha sonra sutka ərzində Sakit okeanda Fici sahillərinə yaxın ikinci zəlzələ baş verib. Zəlzələnin gücü 6.8 bal təşkil edib. İkinci zəlzələnin ocağı 423 km dərinlikdə yerləşib.

İndoneziyanın Lombok adasında da 6,3 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətindən verilən məlumata görə, yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Kolumbiya sahillərində baş verən zəlzələnin gücü isə 5,6 bala çatıb. Yeraltı təkanlar Akandi şəhərindən 35 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

706
Teqlər:
yeraltı təkan, Kolumbiya, İndoneziya, Fici adası, zəlzələ

SputnikPro: "feyk-nyus" nədir onunla necə mübarizə aparmalı

19
Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu yenidən Bakıda SputnikPro təhsil proqramına start verir. Paytaxtda Rusiyanın ən yaxşı media menecerləri və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin unikal ustad dərsləri seriyası başlanır.

Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası başlanıb. Rusiyalı mütəxəssislər azərbaycanlı həmkarlarına "feyk-nyus"un nə olması və onunla necə mübarizə aparmaq barədə, habelə bir çox məşhur feyklərin yaranması səbəblərindən danışırlar.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları və Artyom Buftyak danışırlar.

 

19
 Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən

Lukaşenko azərbaycanlı səfirə: "Ümid edirəm ki, Belarus hər zaman qəlbinizdə qalacaq"

8
(Yenilənib 15:30 26.07.2021)
Prezident Aleksandr Lukaşenbko deyib ki, Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxlayıb, hətta inkişaf etdirib.

BAKI, 26 iyul — Sputnik. Belarus və Azərbaycan münasibətləri nəinki qoruyub saxladı, hətta inkişaf etdirdi. Sputnik Azərbaycan BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə diplomatik missiyasının başa çatması ilə əlaqədar Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovu qəbul edərkən bildirib.

"Nəsə pis bir ənənədir: bizim ən yaxşı dost səfirlər yola düşür və sizdən sonra gələnlərin bizim yaxşı dostlarımız olacağına ümid edirik. Biz sizin səlahiyyət müddətinizdə olduğu kimi Azərbaycanla ən xoş münasibətlər qura biləcəyik. Azərbaycanla yaxşı əlaqələrimizin olacağına şübhə etmirəm, çünki bütün səviyyələrdə bu münasibətləri qarşılıqlı anlaşma əsasında qurmağı bacardıq", - deyə Lukaşenko bildirib.

Belarus prezidenti hər iki ölkənin xalqları arasında xoş, mehriban və sıx dostluq münasibətləri qurulduğunu vurğulayıb: "Biz bunu tez-tez qardaşlıq münasibətləri adlandırırıq. Bu, Sovet İttifaqı dövründən qalma yaxşı münasibətlər nümunəsidir: bir vaxtlar biz eyni dövlətin tərkibində olarkən yaxşı, gözəl münasibətlərimiz var idi. Biz bu münasibətləri nəinki qoruyub saxladıq və inkişaf etdirməyə nail olduq. Bu işdə sizin də payınız az deyil. Siz xalqımızın əsl dostusunuz. Mən çox ümid edirəm ki, bundan sonra həyatınızın növbəti mərhələsində harada işləməyinizdən asılı olmayaraq, Belarus hər zaman qəlbinizdə qalacaq".

Lukaşenko Belarusda baş verən mürəkkəb proseslərə anlayışla yanaşdığına görə azərbaycanlı diplomata minnətdarlığını bildirib. Prezident həmçinin Belarus tərəfinin ötən il Azərbaycan və Ermənistan arasında gərginləşən münaqişədən narahatlıq keçirdiyini söyləyib: "Əsasən Azərbaycanın və sizin prezidentinizin mövqeyi sayəsində vəziyyəti sabitləşdirə və mövcud problemlərin sülh yolu ilə həllinə nail oldunuz. Əlbəttə ki, sülhə gedən yol yeni başlayıb".

Azərbaycanla ticarət-iqtisadi əlaqələrin inkişafından danışan Aleksandr Lukaşenko, Belarusun hər zaman texniki və texnoloji yardım göstərməyə hazır olduğunu qeyd edib. O, Belarusa karbohidrogen xammalı tədarükünə görə Azərbaycan tərəfinə təşəkkür etdi.

Belarus Prezidenti ilə görüşdən sonra Lətif Qəndilov Azərbaycan ilə Belarus arasındakı münasibətlərin möhkəm təmələ sahib olduğunu, ölkələrin hər zaman irəliyə baxdıqlarını və özləri üçün vacib hədəflər qoyduqlarını bəyan edib: "Bu illər ərzində qarşıya qoyulan bütün vəzifələri həyata keçirə bildik. Bizim həll olunmamış məsələlərimiz, həll olunmamış problemlərimiz yoxdur. Belarus bizim üçün qardaş dövlətdir. Bu dövlətin nüfuzu çox yüksəkdir. Həmişə sizinlə olmuşuq və olacağıq".

8

Baş Prokurorluq vəzifəlilərdən pul tələb edən şəxslər barəsində məlumat yayıb

0
Özlərini jurnalist kimi qələmə verən daha bir reket qrupu ələ keçib. Onlar Tovuz rayon sakinlərini hədələyirmişlər.

BAKI, 26 iyul — Sputnik. Özünü “Şəhidlik uğrunda” qəzetinin təsisçisi kimi təqdim edən Vüqar Abbasovun və “Korrupsiyaya Son” qəzetinin redaktoru kimi təqdim edən İbrahim İsmayılovun Tovuz rayonunda müxtəlif vəzifəli şəxslərə müraciət edərək onlardan müxtəlif bəhanələrlə pul istəmələri, tələblərini rədd edən şəxslərə hədə-qorxu gələrək onları təhqir etmələri barədə məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yoxlama nəticəsində toplanmış sübutlar əsasında Vüqar Abbasova prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, İbrahim İsmayılovun barəsində isə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib, məhkəmə qərarı ilə barəsində inzibati həbs tənbehi tətbiq edilib.

Baş Prokurorluq bu kimi qanun pozuntularına yol verən şəxslərə barələrində sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir, eyni zamanda vətəndaşları bu cür şəxslərə qarşı ayıq sayıq olmağa çağırır.

Hərbi hissə rəhbərliyini şantaj edən reket qrupu

İyulun 23-də "Ltv 7" xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaq zamanı müəyyən edilib ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, "Ltv 7" internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

"Ltv 7" internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun "961" qaynar xəttinə və İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13).

Qeyd edək ki, iyul ayının 12-də "www.sheffaf.az" xəbər portalının baş redaktorunun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olan şikayət əsasında müəyyən edilib ki, xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv" və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun:

* DTX "reketçilikdə" ittiham olunan baş redaktorla bağlı məlumat yayıb

DTX vətəndaşları şantaj edən “jurnalisti” həbs etdi

Ordumuzun zabitlərini şantaj edən jurnalistlər tutuldu - VİDEO

"Reket" nəşrlər yaratmaqla ittiham olunan baş redaktorun məhkəməsi keçirilib

Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular

0