BMT mənzil qərargahı

Dünyaca məşhur siyasətçi öldü FOTO

234
(Yenilənib 14:35 18.08.2018)
Kofi Annan 81 yaşında dünyasını dəyişib

BAKI, 18 avqust — Sputnik. BMT-nin keçmiş baş katibi Kofi Annan vəfat edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, siyasətçi 81 yaşında dünyasını dəyişib.

Kofi Annan
© Sputnik / Yekaterina Shtukina
Kofi Annan

Keçmiş baş katibin vəfatı ilə bağlı BMT-nin Miqrasiya Məsələləri ilə bağlı Beynəlxalq Təşkilatının Twitter-dəki mikrobloqunda xəbər verilib.

​“Bu gün biz dahi şəxs, lider və siyasi xadimin – BMT-nin keçmiş baş katibinin itkisi ilə bağlı kədərimizi bölüşürük” – deyə təşkilatın məlumatında bildirilir.

234
Teqlər:
Kofi Annan, baş katib, vəfat, BMT