Şagirdlər arasında atışma nəticəsində iki nəfər yaralandı

© Sputnik / Irade JELILПистолет и боеприпасы к нему, фото из архива
Пистолет и боеприпасы к нему, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbə polis dəstələri cəlb olunub

BAKI, 18 avqust — Sputnik. ABŞ-ın Palm-Biç şəhərindəki (Florida ştatı) orta məktəblərdən birinin ərazisində baş vermiş münaqişə zamanı 2 şagird odlu silah yarası alıb.

“Report” xəbər verir ki, bu barədə Palm-Biç dairəsi şerifinin ofisi məlumat yayıb.

Tədris müəssisəsinin stadionunda futbol oyunu zamanı atışma barədə çoxsaylı məlumatlardan sonra məktəbə polis dəstələri cəlb olunub.

"Məktəb ərazisindəki tədbirdə iştirak edən bir qrup şagird mübahisə edib ki, bu da onlardan ikisi arasında atışmaya səbəb olub. Yaralılardan biri məktəb ərazisində aşkar olunub, digəri isə xəstəxanaya aparılıb", — deyə polis idarəsi "Twitter"də yazıb.

Polis hələ ki, yaralıların vəziyyəti, onların adı və yaşı barədə informasiyaya malik deyil.

Xəbər lenti
0