CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tramp ailəsi yeni qalmaqalla gündəmə gəlir: Melaniya...

© AP Photo / Evan VucciПервая леди США Мелания Трамп во время помилования индейки в Белом доме
Первая леди США Мелания Трамп во время помилования индейки в Белом доме - Sputnik Azərbaycan
Abunə olmaq
"Melaniya səbrsizliklə Trampın preizdentlikdən gedəcəyi günü gözləyir ki, ondan boşansın"

BAKI, 17 avqust — Sputnik. ABŞ prezidenti Donald Trampın əvvəllər aparıcısı və jürisi olduğu TV proqramında iştirak edən, daha sonralar isə prezident Trampın məsləhətçisi kimi çalışan Omarosa Maniqol-Nyumanın kitabı ilə bağlı yeni faktlar ortaya çıxıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla məlumat verir ki, Maniqol-Nyuman həyat yoldaşı Melaniyanın Trampdan boşanmaq üçün günləri saydığını da bildirib.

Trampın iç üzünü ortaya tökəcək kitabın işıq üzü görməməsi üçün Trampdan ayda 15000 dollar rüşvət təklifi alan Omarosa bu təklifi qəbul etməyib. O qeyd edib ki, Melaniya ilə Trampın münasibətləri çox gərgindir və bunu Melaniya geyindiyi paltarlarla biruzə edir. 

ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Ağ Evdə sensasiya baş verib: Donald Tramp vacib sənədi yeyib

"Melaniya səbrsizliklə Trampın prezidentlikdən gedəcəyi günü gözləyir ki, ondan boşansın" — deyə Omarosa Maniqol-Nyuman qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ–da qaçaq mühacirləri ailələrindən ayıran və minlərlə ailəni yox edən qanuna razılıq verən Trampın yaratdığı düşərgələri ziyarət edəkən Melaniya kürəyində "Mən həqiqətən vecimə almıram. Bəs sən?" yazılı plaş geyinmişdi. Nyumanın fikrincə, Melaniya bu plaşı Tramp idarəetməsini vecinə almadığını sübut etmək üçün geyinibmiş.

Onu da qeyd edək ki, 2017-ci ilin yanvarın 20-də rəsmi olaraq prezident kimi fəaliyyətə başlayan Trampın 2,5 il sonra vəzifə müddəti başa çatır.

Xəbər lenti
0