İstanbulda valyutadəyişmə məntəqəsi, arxiv şəkli

Türkiyənin xilas planı işə salındı, ölkəyə 70 milyard dollar yönəldildi

1891
Qətər əmiri Türkiyəyə 15 milyard dollarlıq birbaşa investisiya yatıracağını açıqlayıb

BAKI, 16 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən prezident iqamətgahında Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə görüşüb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən bildirir ki, 3,5 saat davam edən görüşdə ikitərəfli münasibətlər və regional məsələlər üzrə müzakirələr aparılıb.

Məlumata görə, Qətər əmiri Türkiyəyə 15 milyard dollarlıq birbaşa investisiya yatıracağını açıqlayıb. Məhz bu açıqlamadan sonra Türliyə lirəsi ABŞ dolları qarşısında itirdiyi mövqeləri geri qaytarmağa başlayıb.

Qətərlə yanaşı Rusiya və Çin də Türkiyəyə öz maliyyə köməkliklərini göstəriblər. Bunu virtualaz.org-a Türkiyə hökumətindəki mənbələr bildiriblər.

İnformasiyaya əsasən, Çin Türkiyənin iqtisadiyyatına 30 milyard dollar məbləğində investisiya yönəldib. Rusiyanın Türkiyə iqtisadiyyatına investisiyaları isə 25 milyard dollar təşkil edib.

1891
Teqlər:
maliyyə, Çin, Rusiya, investisiya, Qətər, Türkiyə
Əlaqədar
Ekspert lirəsi olanlara xəbərdarlıq etdi
Trampdan Türkiyəyə daha bir ağır sanksiya gəlir: Lirə duruş gətirəcəkmi?
Bataqlıqda boğulan türk lirəsi: Azərbaycan nə qazanıb, nə itirəcək?
Avropa Mərkəzi Bankı lirənin ucuzlaşmasından narahatdır
Türk lirəsinin ucuzlaşmasının manata təsiri olacaqmı – ekspert şərhi