Yerevanda “mavilər” at oynatdı, polis bölməsinə hücum edildi – VİDEO

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidВид на Ереван, фото из архива
Вид на Ереван, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Polisə hücum edən şəxslər müəyyənləşdirilib və saxlanılıb

BAKI, 15 avqust — Sputnik. Ermənistan paytaxtı Yerevanda LGTB birliyinin üzvləri şəhərin mərkəzi polis bölməsinə hücum ediblər və iki hüquq-mühafizə əməkdaşını döyüblər. Bu barədə Sputnik Azərbaycan "Life"-a istinadən xəbər verir.

Məlumata əsasən, kütləvi qarşıdurmaya səbəb polisin saxladığı cinsi azlıq nümayəndəsinə vətəndaşlardan birinin hücum etməsi olub.

"Zərərçəkmiş tərəf şübhəli şəxsin Mərkəzi Polis İdarəsinə aparılacağını öyrənib. Bundan sonra binanın qarşısında toplaşıblar və o, gətirilən zaman qarşıdurma yaşanıb" – deyə Yerevan polisinin yaydığı məlumatda bildirilir.

Polislər qadın paltarı geyinən "kişiləri" sakitləşdirməyə çalışıb, lakin onlar zorla binaya daxil olaraq hücum edən şəxsi tapmağa çalışıblar. Nəticədə iki hüquq mühafizə orqanı əməkdaşı döyülüb, onlar xəstəxanaya yerləşdirilib.

Polisə hücum edən şəxslər müəyyənləşdirilərək saxlanılıb.

 

Xəbər lenti
0