Ermənistan polisi

Nalbandyanın mənzili qarət olunub

80
Ermənistanda İqtisadi inkişaf və sərmayələr nazirliyinin lisenziyalaşdırma Agentliyinin rəisi Armen Nalbandyanın mənzili qarət olunub.

BAKI, 15 avqust — Sputnik. Ermənistanda İqtisadi inkişaf və sərmayələr nazirliyinin lisenziyalaşdırma Agentliyinin rəisi Armen Nalbandyanın mənzili qarət olunub.

Sputnik Ermənistan xəbər verir ki, Nalbandyan bununla bağlı polisə müraciət edib.

Nalbandyan avqustun 12-də polisə bildirib ki, avqustun 8-də gecə saat 03:00-dən avqustun 12-si gündüz saat 14:30-dək kimsə onun evinə daxil olub. Qapını açarseçmə üsulu ilə açan şəxs mənzildən qızıl və gümüş zinət əşyalarını oğurlayıb.

Məmurun evi Yerevanın mərkəzindəki Amiryan küçəsində yerləşir.

Faktla bağlı polis araşdırma aparır.

Yerevan polisinin məlumatına görə, son zamanlar paytaxtda şəxsi əmlakın qarət olunması halları artıb. Bu cür halların qarşısının alınması və cinayətlərin üstünün açılması üçünsə, hüquq-mühafizə orqanları yetərli resursa malik deyil.

80