Donald Tramp imzanı atdı və hər kəs gözləmə mövqeyinə keçdi

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp "F-35"in Türkiyəyə satışını donduran layihəni imzalayıb

BAKI, 14 avqust — Sputnik. ABŞ prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün 716 milyard dollar həcmində müdafiə büdcəsi layihəsini imzalayıb. Büdcə layihəsinin içərisində "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünə mane olan bir maddə də yer alır.

Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, "F-35"-in Türkiyəyə tədarükünün dondurulmasına əsas olaraq rahib Bransonun və bəzi ABŞ vətəndaşlarının Türkiyədə məhbus olması və Rusiyadan S-400 hava müdafiə sisteminin alınması göstərilir. 

İzmirdə rahib Bransonun saxlanıldığı həbsxana - Sputnik Azərbaycan
TƏHLİL
Türk professor ABŞ-Türkiyə münasibətləri haqda ilginc açıqlamalar verdi

ABŞ S-400 sisteminin NATO sistemi ilə uyğun olmaması və F-35 layihəsi detallarının Rusiyanın əlinə keçmə ehtimalını əsas göstərir. Hətta NATO nümayəndəsi Tod Volters Rusiya radardan yayınan bu təyyarələrin necə işlədiyini öyrənə bilər demişdi. Türkiyə isə bu iddialara qarşı çıxır, xüsusilə S-400-lərin alınmasının ABŞ və ya NATO maraqlarına zidd olmadığını deyir. ABŞ müdafiə naziri Ceyms Mattis də Konqresə məktub yazmış, layihənin qəbul edilməməsini istəmişdi. Əsas olaraq Türkiyənin layihədən tamamilə çıxarılmasının tədarük zəncirində qırılma yaradacağı narahatlığı göstərilirdi. Digər bir narahatçılıq da strateji tərəfdaşı və NATO müttəfiqi Türkiyə ilə münasibətlərin geri dönülməz bir vəziyyətə gələcəyi olub.

Bu layihənin imzalanmasından sonra 90 gün ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Dövlət Departamenti ilə məsləhətləşərək bir hesabat hazırlayacaq. Hesabat Türkiyə və ABŞ arasında münasibətlərin vəziyyəti ilə bağlı olacaq.

Hesabatda həmçinin S-400 sisteminin alınmasının münasibətlərə təsiri, Türkiyənin F-5 layihəsindən tamamilə çıxarılmasının ABŞ müdafiə sənayesinə zərər verib-vermədiyi araşdırılacaq. Eyni zamanda, Türkiyədəki ABŞ diplomatik və hərbi varlığın, xüsusilə də İncirlik bazasının vəziyyəti qiymətləndiriləcək. 

Здание МИД Азербайджанской Республики - Sputnik Azərbaycan
SİYASƏT
Azərbaycandan Türkiyəyə inanılmaz dəstək: Bütün sahələrdə yanınızdayıq

Hesabat Konqresə təqdim olunana qədər də Türkiyəyə F-35-lərin tədarükü dayandırılacaq. Konqres F-35-in Türkiyəyə tədarükünün daimi olaraq dayandırılmasına bu hesabatı dəyərləndirdikdən sonra qərar verəcək.

F-35 döyüş təyyarələri ABŞ-ın "Lockeed Martin" şirkəti tərəfindən istehsal olunur. Türkiyə F-35 ilə bağlı ikinci layihəyə 2002-ci ildə qatılıb. 25 milyard dollar dəyərində təxminən 120 təyyarə sifariş edib. Layihənin digər tərəfdaşları arasında Belçika, Kanada, İsrail, Böyük Britaniya, Norveç, Hollandiya, Yaponiya kimi ölkələr var.

Əslində 2 ədəd F-35 təyyarəsi 21 iyunda Texasda təşkil olunan bir mərasimlə Türkiyəyə verilib. İki türkiyəli pilot da təyyarələrin istifadəsi ilə bağlı təhsil almaq üçün ABŞ-a gedib. Təyyarələr hələlik yalnız təhsil məqsədilə istifadə edilir, ancaq, ABŞ-dan kənara çıxarılmır. F-35-in Türkiyəyə tədarükünün ən tez gələn ilin noyabrında baş verməsi gözlənilirdi. İlk mərhələdə 14, 2022-ci ilin sonunda isə bu rəqəmin 30-a çatdırılması gözlənilirdi.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan isə satışın ləğv ediləcəyi təqdirdə, beynəlxalq məhkəməyə müraciət edəcəklərini demişdi.

Xəbər lenti
0