Tesla şourumu

Zəmanəmizin dühası məhkəməyə verildi

74
(Yenilənib 23:44 12.08.2018)
Publik şirkət olan "Tesla"nın səhmlərinin bir ədədi 420 dollar olacaq

BAKI, 13 avqust — Sputnik. İlon Maskın "Tesla" şirkətinin səhmlərinin almağın mümkün olacağına dair bəyanatından sonra səhmdarlar onu məhkəməyə verib. Sputnik Azərbaycan "Vesti.ru"-ya istinadən xəbər verir ki, səhmdarların fikrincə, səhmlərin satışı qiymətli kağızlar və investorların hüquqlarının pozulması haqqında qanunu pozur.

Qeyd edək ki, daha əvvəl İlon Mask öz "Twitter" səhifəsində bəyan edib ki, Publik şirkət olan "Tesla"nın səhmlərinin bir ədədi 420 dollar olacaq. Bununla əlaqədar şirkətin səhmləri 11% artıb.

Lakin əgər Mask "Tesla"nı şəxsi şirkətə çevirmək məqsədilə aksiyaları almaq üçün kifayət qədər vəsaitin olmasını sübut edə bilməsə onun bu bəyanatı qiymətli kağızlar üzrə manipulyasiya kimi qiymətləndiriləcək. Artıq məsələ ilə bağlı ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası araşdırmalara başlayıb.

74
Əlaqədar
Beyləqanda məhkəmə tibbi ekspertini niyə öldürmək istəyiblər: Şok təfərrüat
Dünyada tanınmış idmançımızla bağlı məhkəmə prosesi başladı
Fransızı öldürən azərbaycanlılar məhkəmə qarşısında
Dövlət Gömrük Komitəsinin sabiq rəhbəri məhkəmə qarşısına çıxarıldı