President Donald Trump speaks as he meets with state leaders about prison reform, Thursday, Aug. 9, 2018, at Trump National Golf Club in Bedminster, N.J.

Evdə sensasiya baş verib: Donald Tramp vacib sənədi yeyib

3853
(Yenilənib 21:36 12.08.2018)
Avqustun 14-də çıxacaq kitabda ABŞ prezidenti Donald Trampın ağlasığmaz hərəkətləri əksini tapıb.

BAKI, 12 avqust — Sputnik. ABŞ prezidenti Donald Trampın keçmiş köməkçisi Omarosa Maniqol-Nyuman öz xatirələr kitabında Trampın məxfi sənədi çeynəyərək udduğunu gördüyünü yazıb. Bu barədə Sputnik Azərbaycan Washington Post-a istinadən məlumat verir.
Maniqol-Nyuman yazıb ki, 2017-ci ildə Ağ Evin Oval kabinetində keçmiş vəkili Maykl Koenlə görüşdən sonra kağız parçasını çeynədiyini görüb:

"Mən onun kağızı ağzına necə qoyduğunu gördüm… Tramp bakteriyalardan çox qorxduğu üçün onun kağızı çeynəyib udması məni təəccübləndirdi. Bu, yəqin çox məxfi bir sənəd imiş."

Məlumata əsasən, Ağ Evin əməkdaşları müəllifin sözlərini təsdiq etməyiblər.

"Onun kağızı çeynəməsinə dair heç bir sübut yoxdur. Ağ Evin bir neçə əməkdaşı bu ehtimala gülərək bunun doğru olmadığını bildirdilər" — "Washington Post" yazıb.

"Başıxarab: Trampın Ağ evindən baxış" kitabı avqustun 14-də ABŞ-da satışda olacaq. Lakin indidən onu onlayn şəkildə almaq olar.

Öz müsahibəsində Maniqol-Nyuman oxucularına kitabda Ağ evdə baş verən və "onun qanını qaraldan" çox şey barədə yazıldığını bildirib. Onun sözləri jurnalistlərdə Maniqol-Nyumanın Ağ evdə işləyərkən dövlət başçısının sözlərini gizli şəkildə diktofona yazdığı barədə şübhə oyandırıb.

Ağ evdə Maniqol-Nyuman prezidentin köməkçisi və əhali ilə əlaqələr ofisində kommunkasiya üzrə direktor vəzifələrini tutub. O administrasiyada yeganə qaradərili olub.

İşdən çıxarılanda Tramp ona işinə görə təşəkkür edib. Lakin KİV-də onun işdən çox pis şəkildə qovulduğu barədə məlumatlar gedib. İşdən qovulmanın səbəbi kimi 2017-ci ilin avqustunda Şarlotsvilldə baş vermiş hadisələr göstərilir. Orda həmin zaman sağçı və solçu fəallar arasında toqquşma baş vermişdi. Tramp həmin hadisələrə görə hər iki tərəfi ittiham etmişdi, lakin qaradərililər günahın yalnız sağçılarda olduğunu iddia edirdilər.

3853
Teqlər:
Ağ ev, Omarosa Maniqol-Nyuman, ABŞ prezidenti Donald Tramp, ABŞ
Əlaqədar
Trampın "ulduzu" sönmək üzrədir
Ailəmizi təhdid edirlər – Trampın oğlu şikayətləndi
Dini çevriliş: Trampın yerinə o prezident gətiriləcək
Uqandad, arxiv şəkli

Gələn ilin bəd xəbəri özündən əvvəl gəlib: Onlarla ölkənin qapısını aclıq döyəcək

12
(Yenilənib 12:46 05.12.2020)
"Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək" - Devid Bizli

BAKI, 5 dekabr — Sputnik. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli bildirib ki, dünyada misli görünməmiş aclıq olacaq: COVID-19 səbəbindən 270 milyon insan acından ölə bilər.

Sputnik Azərbaycan-ın məlumatına görə, Bizli BMT-nin Baş Assambleyasının sessiyasında çıxışı zamanı 2021-ci ildə humanitar böhranın olacağı barədə xəbərdarlıq edib.

«75 il əvvəl BMT qurulandan bəri 2021-ci il, yəqin ki, ən güclü humanitar böhranın yaşandığı il olacaq. Biz hamıya kömək edə bilmərik. Ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək”, - Bizli deyib.

Onun sözlərinə görə, son illərdə silahlı münaqişələrin çoxalması aclıq təhlükəsilə üzləşən insanların sayını 80 milyondan 135 milyonadək artırıb. 2020-ci ildə isə COVID-19 pandemiyası bu rəqəmi 270 milyona çatdırıb.

COVID-19-a yoluxanların sayı 66 milyonu ötdü - Çin Azərbaycandan da geri pillədə>>

Öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Gebreyesus vaksinlərlə mübadilə proqramı üçün dərhal 4.3 milyard dollar ayrılmasını istəyib.

“Biz vaksin uğrunda mübarizədə varlıların kasıbları əzdiyi bir dünya ilə barışa bilmərik. Bu, qlobal böhrandır və onun həlli üçün olan resurslar qlobal ictimai dəyərlər kimi ədalətlə bölünməlidir”, - Gebreyesus qeyd edib.

Bu ilin oktyabrında BMT-nin Ümumdünya Ərzaq Proqramı Nobel sülh mükafatının laureatı olub. Bu barədə qərarı Norveç Nobel Komitəsi verib. Komitədən bildirilib ki, humanitar proqram “aclıqla mübarizədə göstərdiyi səylərə, münaqişə zonalarında həyat şərtlərinin yaxşılaşdırılması cəhdləri və aclıqdan müharibə və münaqişə silahı kimi istifadə olunmasına qarşı mübarizədə aparıcı qüvvə kimi fəaliyyətlərinə görə” mükafata layiq görülür.

“Builki mükafatla Norveç Nobel Komitəsi dünyanın nəzərlərini aclıqdan əziyyət çəkən və aclıq təhlükəsi ilə üz-üzə qalan milyonlarla insana yönəltməsini istəyir”, - mükafat barədə şərhdə deyilirdi.

Komitənin sədri Berit Rayss-Andresen həmçinin vurğulamışdı ki, kömək göstərilməsi və ərzaq yardımı dünyada sabitlik perspektivlərini yaxşılaşdırmağa imkan verir.

Hələ bu ilin aprelində Bizli deyirdi ki, ilk növbədə aparıcı ölkələr hərbi münaqişələrin dayandırılması üçün işlər görməlidir. Hərbi əməliyyatların iştirakçıları isə ehtiyacı olan insanlara humanitar yardım göstərilməsi üçün maneəsiz şərait yaratmalıdırlar. Bundan başqa, onun sözlərinə görə, planet üzrə humanitar yardımların çatdırılması üçün logistika mərkəzlərinin yaradılmasına 350 milyon dollar tələb olunur.

“Vaxt bizim əleyhimizə işləyir, ona görə də gəlin müdrikcəsinə və cəld hərəkət edək”, - Bizli əlavə edib. Proqram rəhbərinin xəbərdarlığına görə, əgər BMT-yə lazımi yardım göstərilməsə, hər gün 300 min insan aclıqdan öləcək. Aclıq ümumilikdə 30 ölkəni əhatə edə bilər.

2020-ci ildə vəziyyəti qəlizləşdirən təkcə koronavirus deyil, eləcə də neft qiymətlərinin çökməsi, turizm sahəsində maliyyə itkiləri, iş yerlərinin azalması, əmək miqrantlarının gəlirlərinin sıfırlanması olub.

BMT-nin aylar öncəki proqnozuna görə, 2020-ci ilin sonunadək 265 milyon insan aclıqdan əziyyət çəkəcəkdi ki, bu da ötən ilin göstəricilərini iki dəfə üstələyir.

Koronavirusun yayılması isə artıq mövcud olan neqativ amillərə - müharibələrə, iqlim dəyişikliklərinə, iqtisadi böhrana – daha yeni problemlər əlavə etməkdədir, BMT-nin Ərzaq Proqramının hesabatında deyilir.

“COVID-19 pandemiyası həyatı tükdən asılı olan milyonlarla insan üçün fəlakətdir. Bu o insanlardır ki, yalnız gün ərzində nəsə qazana bildikləri təqdirdə qida qəbul etmək imkanları olur”, - Ərzaq Proqramının aparıcı mütəxəssisi Arif Hüseyn bildirib.

Bu zaman söhbət ərzaq çatışmazlığından deyil, məhz aclıqdan gedir. Dünyada xroniki olaraq qida qəbul edə bilməyənlərin sayı çoxdur: Afrikada 100 milyon, Yaxın Şərqdə və Asiyada 43 milyon, Latın Amerikasında 18.5 milyon aclıqdan zəiyyət çəkir.

 

12
Teqlər:
vaksin, Koronavirus, COVID-19, epidemiya, ərzaq, BMT, fəlakət, humanitar, böhran, aclıq, dünya
Ermənistanın sabiq prezidenti Robert Köçəryan

Ermənistanın sabiq prezidenti Türkiyəyə qarşı tələ qurduqlarını etiraf etdi

16
(Yenilənib 12:32 05.12.2020)
Ermənistanın ikinci prezidenti olmuş Köçəryan rəsmi İrəvan hökumətinin Dağlıq Qarabağ müharibəsini başlamaq üçün bütün imkanlarından yararlandığını deyib

BAKI, 5 dekabr — Sputnik. Ermənistanın sabiq prezidenti Robert Köçəryan: "Türkiyəni birbaşa müharibəyə cəlb etmək üçün çalışdıq, amma bacarmadıq", - deyə etiraf edib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Ermənistanın ikinci prezidenti olmuş Köçəryan rəsmi İrəvan hökumətinin Dağlıq Qarabağ müharibəsini başlamaq üçün bütün imkanlarından yararlandığını deyərək Türkiyəni də bu müharibəyə cəlb etmək istədiklərini, lakin buna müvəffəq ola bilmədiklərini bildirib. "Fəaliyyətləri ilə Azərbaycana beynəlxalq legitimlik qazandırdılar", - deyə Koçaryan əlavə edib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Nəticədə cəbhə bölgəsində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb, kəndlərin intensiv atəşə tutulması nəticəsində mülki şəxslər həlak olublar. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görüb.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) isə Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

16
Teqlər:
müharibə, Türkiyə, etiraf, Robert Koçaryan, Ermənistan, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ"da koronavirusa yoluxan futbolçuların sayı artıb

0
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub. 

0
Teqlər:
test, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər