ABŞ ordusunun hərbçiləri Qazaxıstan ordusu ilə birgə təlimlər zamanı, 4 avqust 2017-ci il

Xəzər dənizində ABŞ bazası? Rəsmi Astana izahat verdi

10473
(Yenilənib 00:20 12.08.2018)
Aktau kovensiyası Xəzər dənizində ABŞ bazası məsələsinə aydınlıq gətirəcək

BAKI, 11 avqust — Sputnik. Qazaxıstan Xəzərdə ABŞ bazalarını yerləşdirməyə hazırlaşmır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə Qazaxıstan XİN başçısı Kayrat Abdrahmanov bəyan edib.

O qeyd edib ki, Rusiyanın bəzi KİV nümayəndələri və ekspertləri Qazaxıstandan keçməklə ABŞ qeyri-hərbi yüklərinin daşınması barədə real vəziyyətlə ətraflı tanış deyillər.

Abdrahmanov bildirib ki, söhbət Əfqanıstan hökumətinə dəstək üçün əməliyyatların davam etdirilməsi naminə ölümcül olmayan (qeyri-letal) yüklərin dəmir yolu ilə kommersiya təyinatlı daşınmasından gedir. "Aydındır ki, tranzit üçün yalnız Qazaxıstanın deyil, ABŞ-dan Əfqanıstanadək olan nəqliyyat marşrutunun üzərində olan digər ölkələrin də ərazisindən istifadə olunmalıdır. Təbii ki, heç bir Xəzərdə hərbi bazalardan söhbət getmir", — o bəyan edib. 

Nazirin sözlərinə görə, 2010-2015-ci illərdə Şimal paylayıcı şəbəkəsinin çərtlərinə əsasən bu tranzit Rusiya, Qazaxıstan və Özbəkistanın ərazisi ilə həyata keçirilib və bu sahədəki Qazaxıstan-ABŞ razılaşması Rusiya-ABŞ razılaşmasında olan şərtləri özündə ehtiva edir. Qazaxıstan sadəcə buraxılış məntəqələri siyahısına Aktau və Kurıkı artırıb.

"Rusiya və ABŞ arasında razılaşmada nəzərdə tutulmuş şərtlər analoji şərtlər bizim sazişimizdə qorunub saxlanılıb. Söhbət ABŞ və yaxud digər ölkənin hərbi bazasının Xəzərdə yerləşdirilməsindən getmir", — XİN başçısı qeyd edib.

O əlavə edib ki, Xəzər dənizində ətraf dövlətlərə məxsus olmayan silahlı qüvvələrin mövcud olmaması prinsipi avqustun 12-də Aktauda imzalanması gözlənilən konvensiyada möhkəmləndirilib.

Avqustun 12-də Aktauda Xəzər sammiti keçiriləcək.

10473
Əlaqədar
Nazarbayev Azərbaycanla bağlı razılaşmadan danışdı: Sabah tarixi gün olacaq
Nazarbayev Azərbaycan prezidentinə başsağlığı verdi
İlham Əliyevlə Nursultan Nazarbayev arasında görüş olub