Nursultan Nazarbayev

Nazarbayev Azərbaycanla bağlı razılaşmadan danışdı: Sabah tarixi gün olacaq

3190
(Yenilənib 13:45 11.08.2018)
Avqustun 12-si Qazaxıstanın Aktau limanında Xəzəryanı ölkələrin prezidentlərinin iştirakı ilə sammit keçiriləcək

BAKI, 11 avqust — Sputnik. "Xəzər dənizində ölkələrin qarşılıqlı əlaqələrinə dair bütün məlumatlar razılaşdırılıb, sabah tarixi qərar veriləcək". Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib.

"Son 20 il ərzində biz mövqelərimizi razılaşdıraraq Xəzər dənizində ümumi işimizə dair heç də asan olmayan danışıqlar apardıq. Bu, dəniz gəmiçiliyi, Xəzər dənizinin resursları, dənizin bioloji resurslarının qorunması, ticarət əməkdaşlığını əhatə edir. Hesab edirəm ki, bütün məsələlər razılaşdırılıb və biz sabah tarixi qərarın qəbul edilməsini gözləyirik. Bu, hər birimiz üçün vacib məqamdır" — deyə Nazarbayev Kurık limanında multimodal nəqliyyat habın açılışında qeyd edib.

Qeyd edək ki, avqustun 12-si Qazaxıstanın Aktau limanında Xəzəryanı ölkələrin prezidentlərinin iştirakı ilə sammit keçiriləcək. 

Ötən il dekabrın 5-də Moskvada beş ölkənin xarici işlər nazirlərinin iştirakı ilə keçirilən görüşdə region ölkələri Xəzər dənizinin hüquqi statusu üzrə qalan bütün məsələlərlə bağlı razılığa gəlib. Faktiki olaraq müvafiq konvensiyanın mətni hazırdır.

Bu ilin iyulun 29-da Rusiya prezidenti Vladimir Putin ölkə hökumətinin Xəzərin hüquqi statusuna dair Konvensiyanın imzalanması barədə təklifini qəbul edib. Xəzər dənizinin hüquqi statusu haqqında konvensiya iştirakçı ölkələr üçün sualtı boru kəmərləri çəkmək imkanı yaradır.

"Ölkələr Xəzər dənizinin dibi ilə sualtı kabellər və boru kəmərləri çəkə bilər" — deyə Konvensiyanın 14-cü maddəsində bildirilir.

Lakin, eyni zamanda vurğulanır ki, bu cür layihələr "ölkələrin iştirakçısı olduğu beynəlxalq sazişlərdə" göstərilən ekoloji tələblər və standartlara uyğun olmalıdır. Bu mənada 2003-cü ildə imzalanan "Xəzər dənizində ətraf mühitin qorunması üçün çərçivə konvensiyası" və onun protokolları diqqətə çatdırılır.

"Sualtı kabellərin və boru kəmərlərinin çəkilməsi üzrə marşrutun müəyyənləşdirilməsi sualtı kabellərin və boru kəmərlərinin keçəcəyi sektorların sahibi olan ölkələrlə razılaşdırılmalıdır" — deyə Konvensiyada vurğulanır.

3190
Əlaqədar
Putin "Xəzər beşliyi"nin görüşü ilə bağlı generalları məlumatlandırdı
Xəzər dənizində çoxdandır belə səs-küy olmamışdı
Niyə Xəzər dənizinin problemləri yetərincə işıqlandırılmır?
Politoloq: “Xəzər dənizində kənar dövlətlərin hərbi qüvvələri olmamalıdır”