Вид на Афины с высоты Акрополя

Yunanıstan-Rusiya gərginliyi yeni mərhələyə keçir

102
(Yenilənib 08:18 11.08.2018)
Yunanıstan Rusiyadakı səfirini geri çağırıb

BAKI, 11 avqust — Sputnik. Yunanıstan Moskvadakı səfiri Andreas Friqanası Afinaya geri çağırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Yunanıstan tərəfindən məsələ ilə bağlı verilən açıqlamada belə bir qərarı şəxsən ölkənin xarici işlər naziri Nikos Kotziasın qəbul etdiyi bildirilib.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişinə qadağa qoyub. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. 

Rusiya tərəfi də yunan diplomatlara qarşı analoji addımlar atıb.

102