Meksikada polis avtomobili

Bu ölkədə ilin əvvəlindən 16 mindən çox adam öldürülüb

74
(Yenilənib 19:50 09.08.2018)
Meksikada təkcə 2017-ci ildə təxminən 31,2 min adam öldürülüb

BAKI, 9 avqust — Sputnik. 2000-cio ildən bəri Meksikada 138 jurnalist qətlə yetirilib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Meksikanın İnsan Haqları üzrə Komissiyası məlumat yayıb.

Komissiyanın məlumatlarına görə, daha 21 KİV əməkdaşı isə 2005-ci ildə itkin düşüb.

"KİV-əməkdaşlarının öldürülməsi və itkin düşməsi ölkənin təhlükəsizlik səviyyəsindən xəbər verir.

Meksikada təkcə 2017-ci ildə təxminən 31,2 min adam öldürülüb.

Son vaxtlar Meksikada narkotik tacirlərinin aktivləşməsi nəticəsində zorakılıq halları artıb. Ümumilikdə Meksikada bu ilin əvvəlindən 16 min adam öldürülüb ki, bu da 2017-ci ilin birinci yarısında analoji göstəricisindən 18% çoxdur.

74
Əlaqədar
Özbəkistanda dəhşətli qətl: DİN idarə rəisi otağında bıçaqlandı
Gədəbəydə qətl törədilib: Öldürüb, meyitini yol kənarına atdılar
Salyan sakini dəhşətli qətl törətdi
Dəlixanada qətl olacaq
Lənkəranda qeyri-adi qətl: Taksi sürücüsü qonşu rayonun sakinini evinə çatdırmadı