Заседание правительства Армении (1 июня 2018). Еревaн

Ermənistanda jurnalistlərə qarşı yeni məhdudiyyətlər qoyulub

14
(Yenilənib 17:13 09.08.2018)
Yeqoyan belə bir məhdudiyyətə niyə ehtiyacın olması barədə jurnalistlərin sualını cavablandırmayıb

BAKI, 9 avqust — Sputnik. Ermənistanda jurnalistləri hökuməti iclasının keçirildiyi zala buraxmayacaqlar. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.

Onun sözlərinə görə, hökumət əvvəlki təhlükəsizlik rejiminə qayıdır və bu məsələ qanunla deyil, təhlükəsizlik xidmətinin qərarı ilə tənzimlənir.

Yeqoyan eyni zamanda vurğulayıb ki, son həftələr jurnalistlər iclas zamanı dəfələrlə mövcud rejimi pozub.

Yeqoyan belə bir məhdudiyyətə niyə ehtiyacın olması barədə jurnalistlərin sualını cavablandırmayıb. O, bu məsələni təhlükəsizik xidməti ilə müzakirə edəcəyini bildirib.

O, hələlik jurnalistlərə açıqlamaları başqa yerdə almağı məsləhət görüb.

14
Əlaqədar
Rəsmi dövlət agentliyinin parolunu qıran jurnalistlər həbs olunub
Tanınmış azərbaycanlı jurnalistin dəfn ediləcəyi yer və tarix məlum oldu
Tanınmış azərbaycanlı jurnalistin qətlinə dair rəsmi bəyanat yayıldı
XİN öldürülən azərbaycanlı jurnalistlə bağlı məlumat yaydı