Türkiyənin turizm cənnətində faciə baş verib, 9 nəfər həlak olub

© Photo : DHAKuşadası'nda sığınmacı faciası
Kuşadası'nda sığınmacı faciası - Sputnik Azərbaycan
Abunə olmaq
Yunan adalarına getməyə çalışan 9 miqrant qayığın partlaması nəticəsində həlak olub

BAKI, 9 avqust — Sputnik. Türkiyədə faicə nəticəsində 9 nəfər miqrant həlak olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, Quşadasında qeyri-qanuni yollarla Yunan adalarına getməyə çalışan qaçaq miqrant olduğu qayığın partlaması nəticəsində 7-si uşaq olmaqla 9 nəfər həlak olub. 4 nəfər isə xilas edilib.

Məlumata görə, hadisə yerli vaxtla saat 03.25 radələrində baş verib. Əraziyə gələn Sahil Təhlükəsizlik Xildmətinin dəstələri 4 nəfəri xilas edib, 9 nəfərin cəsədini sudan çıxarıb. Xilas edilən miqrantların sözlərinə görə, onların arasında itən yoxdur. Batan qayıqdakı 13 nəfərdən 12–sinin İraq, 1–nin isə Suriya vətəndaşı olduğu bildirilir. Faciədə həyatını itirən 9 nəfərin hamısı iraqlıdır.

Miqrantlar onlara xilasedici jiletin verilmədiyi üçün getmək istəmədiklərini, lakin buna baxmayaraq, zorla qayığa mindirildiklərini bildiriblər.

Xəbər lenti
0