Məkkədə dəhşətli edam: Başı kəsiləndən sonra çarmıxa çəkilib - VİDEO

© Sputnik / Mikhail Voskresenskiy / Mediabanka keçidВид на жилой комплекс Абрадж аль-Бейт с крыши мечети Масджид аль-Харам в Мекке
Вид на жилой комплекс Абрадж аль-Бейт с крыши мечети Масджид аль-Харам в Мекке - Sputnik Azərbaycan
Abunə olmaq
Cəsədin çarmıxa çəkilərək nümayiş etdirilməsi böyük müzakirələrə səbəb olub

BAKI, 9 avqust — Sputnik. Səudiyyə Ərəbistanında təcavüz və cinayətdə şübhəli bilinən şəxsə qarşı dəhşətli edam qərarı çıxarılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Myanma əsilli olan şəxsin başı kəsildikdən sonra çarmıxa çəkilib.

Məlumata görə, Əlias Abdulkəlam adlı bu şəxs silahla bir qadının evinə girərək oğurluq edib və sonra da qadına təcavüz etməyə çalışıb. Lakin o, bu istəyini tam olaraq reallaşdıra bilməyib.

O, həbs edilib və barəsində edam hökmü verilib. Qərarın icrası Məkkə şəhərində baş tutub.

Cəsədin çarmıxa çəkilərək nümayiş etdirilməsi böyük müzakirələrə səbəb olub. Bəzi şəxslər onun edam edildikdən sonra çarmıxa çəkilərək nümayiş etdirilməsini tənqid edib.

Xəbər lenti
0