Ərdoğan və Tramp

SON DƏQİQƏ: Vaşinqtonda razılıq əldə olunmadı, Türkiyəyə qarşı yeni sanksiyalar gəlir

13548
Amerikalılar rahib Bransonun azadlığa buraxılacağına dair türklərdən zəmanət ala bilməyiblər

BAKI, 9 avqust — Sputnik. Tramp Administrasiyası rahib Bransonu azadlığa buraxmaqdan imtina edən rəsmi Ankaraya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu "Wall Street Journal" nəşri məlumat yayıb.

Dion Nissenbaumun müəllifi olduğu yazıda qeyd olunur ki, Türkiyədən gələn heyətlə görüşən amerikalı rəsmilər iki ildir terror ittihamı ilə həbs olunan və bir qədər öncə ev həbsinə məhkum olunan amerikalı rahib Endryu Bransonun dərhal azad olunacağına dair zəmanət ala bilməyib. Bu vəziyyət isə iki ölkə arasında böhranı dərinləşdirərkən, eyni zamanda Tramp Administrasiyanın yeni sanksiyalar tətbiq etməsi üçün zəmin yaradıb.

Rəsmilər Vaşinqtonda baş tutan görüşlərin Türkiyə iqtisadiyyatını çətin vəziyyətə salan duruma bir çarə olmayacağını xatırladıb. Qəzetə danışan amerikalı rəsmilər rahib Bransonun ötən ay baş tutan məhkəmə prosesində azadlığa çıxacağına dair razılığa gəldiklərini və bunun baş tutmadığını gördükləri zaman çox təəccübləndiklərini bildiriblər.

Bir həftə davam edən ağır müzakirələrdən sonra Bransonun iyulun sonunda ABŞ-a geri göndərilməsinə dair razılıq əldə olunub. Lakin rahib Branson bunun əvəzinə İzmirdə ev dustaqlığına məhkum edilib.

Bunun ardından isə rəsmi Ankaranın Vaşinqtona geniş bir heyət göndərməsi qarşı tərəfdə yenə Bransonun dərhal sərbəst qalacağına dair ümidləri yüksəldib. Xarici işlər nazirinin müşaviri Sedat Önal ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyində görüşlər keçirib. Lakin türkiyəli rəsmilər Bransona görə bir zəmanət verməyiblər.

Rəsmilərə görə bu vəziyyət Tramp Administrasiyasının başqa türk siyasətçilərinə də qarşı sanksiya tətbiq etməsi ilə nəticələnə bilər.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Türkiyədə ev dustaqlığında olan ABŞ vətəndaşı rahib Endryu Bransonla bağlı Türkiyə daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Abdülhamit Gülə qarşı sanksiya tətbiq etməyə qərar verib. Sanksiyalarla sözügedən nazirlərin ABŞ-a girişi qadağan ediləcək.

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bu məsələ ilə bağlı bəyanat verərək rahib Bransonun Türkiyədə istintaqa cəlb edilməsinin yolverilməz olduğunu bildirib. Türkiyə tərəfinin bu bəyanatlara cavabı özünü çox gözlətməyib. Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın sanksiyalar barədə aqressiv bəyanatlarına qarşı hər cür tədbirləri görməyə hazır olduqlarını bildirib.

"Şübhəsiz ki, bu qərar hüquq və ədalət prinsiplərinə, ABŞ-Türkiyə münasibətlərinə ziddir" — deyə Türkiyə tərəfi bəyan edib.

Öz növbəsində prezident Ərdoğan ABŞ-ın daxili işlər və ədliyyə nazirlərinə qarşı analoji addım atılacağını vurğulayıb.

Onu da bildirək ki, ABŞ Senatında "F-35" beşinci nəsil qırıcı təyyarələrin Türkiyəyə tədarükünün qadağan edilməsi təsdiq olunub. Bu qərar ABŞ Senatının Baş Assambleyasında təsdiqlənib. Bundan sonra sənəd təsdiqlənməsi üçün ABŞ prezidenti Donald Trampa göndəriləcək. Prezident sənədi imzalayarsa, Türkiyəyə qarşı "F-35" sanksiyası da qüvvəyə minəcək. Məlumata görə, Trampın "F-35" məsələsində Türkiyəyə güzəştə gedəcəyi ehtimalı çox azdır.

13548
Teqlər:
Tramp Administrasiyası, rahib Endryu Branson, azadlıq, Ankara, Vaşinqton, sanksiya
Əlaqədar
Türkiyədən ABŞ-a qarşı daha bir tələb
ABŞ-ın Türkiyəyə qarşı məkrli planının üstü açıldı
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya qərarı qəbul edib
Politoloq: “Türkiyə müttəfiqliyə son versə, ən çox itirən ABŞ olacaq”
Avstraliyalı hərbi qulluqçu Kabil hava limanında

Kabil aeroportu öz fəaliyyətini bərpa edib

28
(Yenilənib 11:13 20.09.2021)
Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

BAKI, 20 sentyabr - Sputnik. Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əfqanıstanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Mlumatda qeyd olunur ki, bu il avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.

Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

Qeyd edək ki, avqustun 26-da Kabildə güclü partlayış olub.

Talibanın* nümayəndəsi Zabiulla Mücahid Kabildə baş verən sonuncu partlayışın ABŞ hərbçiləri tərəfindən hərbi sursatların məhv edilməsi üçün törədildiyini bildirmişdi.

Kabildə baş verən partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Məlumatlara görə, Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.

Taliban* qadınları aeroportda işə dəvət edib

Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar. Bu barədə hələ sentyabrın 13-də Tolo News telekanalı məlumat yayıb. 

"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib. 

Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.

Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban* da şərh verməkdən imtina edib.

Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.

Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.

* Rusiya Federasiyasında və dünyanın bir sıra ölkəsində qadağan olunmuş terror qruplaşması. 

28
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

30
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

30
Teqlər:
'exit-poll', Rusiya

Vladimir Putin özünü əla hiss edir

1898
(Yenilənib 14:57 20.09.2021)
Rusiya Prezidenti ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən karantin rejimindədir və özünü əla hiss edir.

BAKI, 20 sentyabr — Sputnik. Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib. 

14.09.2021 - 113:31

Vladimir Putin özünü təcrid etdi

Rusiya Prezidenti Vladimir Putin ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən özünütəcrid rejiminə əməl etməli olduğunu bildirib. Bu barədə RİA Novosti Kremlə istinadla məlumat yayıb.

Qeyd edək ki, Rusiya Prezidenti ötən il "Sputnik-V" peyvəndi vurdurduğunu və prosesdən sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

Xatırladaq ki, digər dövlət başçılarından fərqli olaraq Vladimir Putin peyvənd olunarkən foto çəkdirməmişdi.

1898