Bitkoin

Dünya nəhənginin şefi: "Kriptovalyutalar qadağan edilsin"

50
(Yenilənib 20:30 08.08.2018)
Daymonun sözlərinə görə, əgər JPMorgan əməkdaşı bitkoin alverinə başlasaydı o dərhal işdən azad edilərdi

BAKI, 8 avqust — Sputnik. Amerika maliyyə holdinqi JPMorgan-nın baş direktoru Ceymi Daymon bitkoini dələduzluq adlandırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Daymon bildirib ki, hakimiyyət bu bazarı tənzimləmək gücündə deyil. Bu səbəbdən də kriptovalyutaları qadağan etmək lazımdır.

"Kriptovalyutaların sonu pis nəticələnək. Uğursuzluğa düçar olacaq. Bu dələduzluqdur" deyə Daymon bildirib.

Daymonun sözlərinə görə, əgər JPMorgan əməkdaşı bitkoin alverinə başlasaydı o dərhal işdən azad edilərdi: "Bu iki səbəbdən — bizim qanunların əksinə olduğuna və təhlükəli olduğuna görə edilərdi" deyə o əlavə edib.

O həmçinin əlavə edib ki, kriptovalyutalara heç bir marağı yoxdur.

50