İraqın baş naziri Heydər əl-İbadi, arxiv şəkli

"İrana qarşı sanksiyalara qoşulmayacaq, ancaq ona tabe olacağıq"

53
(Yenilənib 12:05 08.08.2018)
Heydər əl-İbadi: "Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik"

BAKI, 8 avqust — Sputnik. "Biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İraq İrana qarşı beynəlxalq sanksiyalara qarşıdır: "Ölkəmiz onun ağır nəticələrini yaşayıb. Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq eyni zamanda ona tabe olacağıq. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik".

Qeyd edək ki, İran-İraq sərhədində 9 Nəzarət-Buraxılış Məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur.

Xatırladaq ki, avqustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də başlayacaq.

53
Teqlər:
ABŞ, Heydər əl-İbadi, baş nazir, İraq, sanksiya, İran
Əlaqədar
İrana qarşı sanksiyalar Azərbaycana fayda gətirməyə başladı
Avropa Vaşinqtona qarşı: ABŞ-ın sanksiyalarına qarşı addım
ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir
Politoloq: “Türkiyə tərəfi sanksiyalara adekvat cavab verəcək”