Hakim çəkici

Ana övladını seksual məqsədlər üçün satdı

112
(Yenilənib 18:56 07.08.2018)
Məhkəmənin qərarına görə cütlük zərərçəkmişə 42 500 avro ödəməlidir

BAKI, 7 avqust — Sputnik. Almaniyada məhkəmə oğlunu pedofilə satan ananı 12,5 il azadlıqdan məhrum edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Frayburq məhkəməsi illərlə övladlarından sui-istifadə edən valideynlər barədə hökm verib. Məlumata görə, 48 yaşlı Berrin T. 12,5 il, onun 39 yaşlı sevgilisi Kristian isə 12 il azadlıqdan məhrum eidlib. Cütlük 60-dan çox seksual xarakterli cinayətlə ittiham edilir.

İstintaq məlumatlarına görə, cütlük iki il öz oğlanlarını zorlayıb, əcnəbilərə və sosial şəbəkə istifadəçilərinə seksual istəklərinin qarşılanması üçün təklif edib.

Bundan əlavə yaxınlarının 3 yaşlı qızı da bu cütlüyün qurbanına çevrilib. Məhkəmənin qərarına görə cütlük zərərçəkmişə 42 500 avro ödəməlidir.

Cütlük öz günahını etiraf edib. İş üzrə 8 nəfər həbs edilib. Uşaq məhkəmədə iştirak etməyib, hazırda himayədar ailədə tərbiyə edilir.

112