ABŞ və İran valyutaları

ABŞ bir milyondan çox iranlını işsiz qoydu, cənub qonşumuzun "qara günləri" başlayır

4271
(Yenilənib 11:47 07.08.2018)
İrana qarşı sanksiyalar bu gündən etibarən qüvvəyə minib

BAKI, 7 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları tərəfindən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar bu gündən etibarən yenidən qüvvəyə minib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırırlar. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

4271
Teqlər:
dollar, İran, ABŞ, sanksiya, Tehran, Amerika Birləşmiş Ştatları
Əlaqədar
ABŞ İrana qarşı sərt addım atdı
Ekspert: “İran-ABŞ müharibəsinin olma ehtimalı çoxdur”
Politoloq: "Türkiyə bilir ki, ABŞ-ın İrana qarşı qeyri-obyektiv yanaşması var"
Politoloq: “ABŞ çalışır ki, İrana qarşı atdığı addımlar sərt görünsün”
Metyu Brayza: "ABŞ-İran qarşıdurması Azərbaycana xüsusi əhəmiyyət qazandıracaq"

ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb

0
Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın koronavirusa qarşı istehsal etdiyi vaksinlə maraqlanıb. Təşkilat bəyan edib ki, onlar sınaqların başa çatmasını gözləyir.

ÜST onu da qeyd edib ki, COVID-19-un müalicəsi üçün preparatların sınaqdan keçirilməsindən də agahdırlar. Rusiya eyni zamanda bir neçə məkanda könüllülərlə sınaqlar aparır. Bu sınaqların necə keçdiyini, könüllü iştirakçıların özlərini necə hiss etdiklərini və hansı ölkələrin vaksini hamıdan çox gözlədiyini videomuzda izləyin.

0
COVİD-19-da ölən şəxs, arxiv şəkli

Ermənistanda koronavirusa yoluxanların sayı 29 mini keçdi

3
Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

BAKI, 7 iyul — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 29285-ə çatıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 349 nəfər artıb.

Ermənistanda son gündə daha 12 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 503-ə çatıb. Xəstəlikdən sağalanların sayı 16907 olub. Hazırda bu ölkədə 11711 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 5 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 958-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

3