Təqaüdçülər qocalar evindən qaçdı - SƏBƏB

© REUTERS / Kacper PempelУчастники 24-го фестиваля Pol'and'Rock (бывший Woodstock) в городе Костшин-над-Одрон, Польша
Участники 24-го фестиваля Pol'and'Rock (бывший Woodstock) в городе Костшин-над-Одрон, Польша - Sputnik Azərbaycan
Abunə olmaq
Polis məcburən onları saxlayaraq qocalar evinə qaytarıb

BAKI, 7 avqust — Sputnik. Almaniya polisi Ditmarşen qocalar evindən qaçan iki təqaüdçünü saxlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, təqaüdçülər Wacken Open Air adlı möhtəşəm Avropa rok festivalında iştirak etmək üçün qaçıbmış.

Qocalar evinin əməkdaşlarının xahişi ilə musiqisevərləri axtaran hüquq mühafizə orqanları əməkdaşları onları avqustun 3-ü səhər 3-də tapa bilib.

"Təqaüdçülər bir qədər qarışıq vəziyyətə düşsələr də, konsert onların çox xoşuna gəlmişdi" deyə polis sözçüsü Merle Noyfeld deyib.

Rok həvəskarlarl festivalı tərk etmək istəmirmiş. Buna görə də, polis məcburən onları saxlayaraq qocalar evinə qaytarıb.

Xəbər lenti
0