Türkiyə və ABŞ bayraqları

Vaşinqton Ankaraya verdiyi üstünlüyü geri alır, dollar isə rekord təzələməkdədir

177
(Yenilənib 13:19 06.08.2018)
Türkiyənin 1976-ci ildən bu yana istifadə etdiyi bu sistem inkişaf edən ölkələrə ABŞ bazarlarına gömrüksüz giriş imkanını təmin edir

BAKI, 6 avqust — Sputnik. Türkiyədə dolların məzənnəsi yenidən rekord vurub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün səhər saatlarında dolların məzənnəsi 5.12 lirəyə çataraq rekordu təzələyib.

Ötən həftənin cümə günü dolların məzənnəsi 5.1154 lirə ilə rekordu təzələmiş, daha sonra isə 5.08 səviyyəsinə qədər geriləmişdi. Dolların bahalaşmasına Türkiyə ilə ABŞ arasında gedən sanksiya böhranı təsir edir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı sanksiya qalmaqlından sonra ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə Sinqapurda bir araya gəlib. Görüşdən sonra problemin həlli üçün konstruktiv şəkildə çalışılacağı qərarı alındığı bildirilmişdi. Ondan sonra isə dolların məzənnəsi 5.08 səviyyəsinədək geriləmişdi.

Ötən həftənin şənbə günü isə ABŞ iki ölkənin ticarətinə təsir edə biləcək yeni bir addım atıb. Türkiyənin ABŞ tərəfindən tətbiq olunan Üstünlüklər Sistemindən (GSP) istifadə etməyə davam edib-etməyəcəyi məsələsinin nəzərdən keçirildiyi bildirilib. Türkiyənin 1976-ci ildən bu yana istifadə etdiyi bu sistem inkişaf edən ölkələrə ABŞ bazarlarına gömrüksüz giriş imkanını təmin edir.

ABŞ-ın Ticarət Nümayəndəsi Jeffrey Gerrish bildirib ki, Tramp hökumətinin Türkiyənin GSP-yə uyğunluğuna dair narahatlıqları var və məsələ yenidən araşdırılacaq: "Türkiyənin narahatlığımızı aradan qaldırmaq məsələsində bizimlə birlikdə çalışacağına ümid edirik".

177
Teqlər:
GSP, lirə, məzənnə, rekord, Türkiyə, ABŞ, dollar
Əlaqədar
Trampın Ərdoğana qarşı müharibəsinin əsl səbəbi bilindi, daha sərt addım gözlənilir
ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir
ABŞ-ın Türkiyəyə qarşı məkrli planının üstü açıldı
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya qərarı qəbul edib
Ermənistan hökuməti UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinq

Ermənistanda Azərbaycanla bağlı casus qalmaqalı - İngilis diplomat Bakıya məlumat ötürüb?

1563
(Yenilənib 13:24 09.03.2021)
Ermənistan XİN-ində olan mənbə bildirib ki, Klark-Hattinq təcili Ermənistanı tərk edib. Ermənistan hökuməti onu "persona non grata" elan edib.

BAKI, 9 mart — Sputnik. Ermənistan hökuməti UNICEF-in Yerevandakı nümayəndəliyinin rəhbəri Merienn Klark-Hattinqin fəaliyyətini dayandırıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Anna Naqdalyan bildirib.

"BMT-nin daimi nümayəndəsi və UNICEF-in nümayəndələri bu qərar barədə məlumatlandırılıb", - deyə Naqdalyan bildirib.

Qeyd edək ki, Ermənistan XİN-ində olan mənbə Sputnik Ermənistan-a bildirib ki, Klark-Hattinq təcili Ermənistanı tərk edib. Qeyd olunur ki, Klark-Hattinq öz missiyası zamanı bəzi səhvlər buraxıb. Onun hansı səhvlər buraxdığı bildirilmir.

Qeyd edək ki, daha əvvəl "Mediaport" telegram kanalı məlumat yayıb ki, Klark-Hattinq Azərbaycan və Böyük Britaniyanın xeyrinə casusluq edib və ona görə Ermənistan hökuməti onu "persona non grata" elan edib.

1563
ABŞ bayrağı, arxiv şəkli

Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib

13
N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edərək,

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev və Türkiyənin Los-Ancelesdəki baş konsulu Can Oğuzun birgə iştirakı ilə martın 4-də ABŞ-dakı Pakistan icmasının rəhbərləri ilə onlayn görüş keçirilib.

Bu barədə Sputnik Azərbaycan Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Görüşdə çıxış edən baş konsul N.Ağayev Vətən Müharibəsi dövründə qardaş Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsinə verdiyi hərtərəfli siyasi dəstəyə görə minnətdar olduğumuzu, bu mübarizəmizin nəticəsində 30 illik qanunsuz işğaldan sonra Azərbaycanın öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini diqqətə çatdırıb.

Diplomat həm müharibə, həm də ondan sonrakı dövrdə ABŞ-ın Pakistan icmasının xüsusilə Los-Ancelesdə Azərbaycana tam dəstəyini nümayiş etdirdiyini qeyd edərək, icma rəhbərlərinə təşəkkürünü bildirib. Pakistan icması ilə son illərdə sıx dostluq münasibətlərinin qurulmasından bəhs edən N.Ağayev bu prosesin məhz Los-Ancelesdə başladığını və Azərbaycan, Pakistan və Türkiyə Baş Konsulluqlarının səylərilə, keçirilən birgə tədbirlərlə hər üç icma arasında da yaxın münasibətlərin yarandığını vurğulayıb.

N.Ağayev Pakistanın Azərbaycana göstərdiyi dəstəyə görə ABŞ-dakı radikal erməni lobbisinin müharibədən sonra Pakistana qarşı çirkin qarayaxma kampaniyasına start verdiyini qeyd edərək, bunun bir daha bu ekstremist lobbi qruplarının əsl xislətini nümayiş etdirdiyini diqqətə çatdırıb. Baş konsul bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinin davam etməsində maraqlı olan erməni lobbisi yalnız özü haqda düşünür və buna görə də bu lobbi təşkilatları regionda sülhün bərqərar olmasında əsla maraqlı deyil. Çünki Ermənistanın öz qonşuları ilə normal münasibətlərinin yaranacağı təqdirdə erməni lobbi təşkilatlarının ianə toplamaq və diasporu radikal ideologiya ətrafında səfərbər etmək imkanları da azalacaq. Təsadüfi deyil ki, 10 noyabr razılaşmasından sonra erməni lobbisi bu razılaşmanın pozulması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasının qarşısının alınması və yeni müharibənin alovlanması üçün dəridən-qabıqdan çıxır.

Erməni lobbisinin Pakistana qarşı bu məkrli hücumları başlayan kimi Baş Konsulluğun bu hücumları dərhal pislədiyini və Pakistan icması ilə həmrəylik nümayiş etdirdiyini qeyd edən N.Ağayev, qardaş Azərbaycan, Türkiyə və Pakistan icmaları arasında sıx münasibətlərin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Sonra çıxış edən Türkiyənin baş konsulu C.Oğuz üç ölkə arasında tarixi qardaşlıq və əməkdaşlıq münasibətlərinə diqqət çəkib. O, Türkiyənin Vətən Müharibəsi dövründə Azərbaycana siyasi dəstəyinin iki ölkə arasındakı sarsılmaz əlaqələrə, eləcə də beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsaslandığını qeyd edib.

C.Oğuz çıxışında qardaş Pakistanın Azərbaycana qəti dəstəyini alqışladıqlarını bildirərək, Kaliforniyada Azərbaycan və Türkiyəni hədəf alan erməni lobbisinin artıq Pakistan icmasına qarşı hücuma keçdiyini təəssüflə bildirib. O, Kaliforniyadakı siyasətçilərin qərəzli yanaşmadan çəkinərək, Türkiyə, Azərbaycan və Pakistan icmalarının da fikir və narahatlıqlarını dinləməsinin və nəzərə almasının zəruriliyini vurğulayıb.

Sonra çıxış edən Pakistan icma rəhbərləri daim qardaş Azərbaycan və Türkiyənin yanında olduqlarını qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən böyük məmnunluq hissi keçirdiklərini və bunun regionda davamlı sülhə yol açacağına inandıqlarını bildiriblər.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu və nüfuzu durmadan artır.

13
Kişi uşağı ilə, arxiv şəkli

Uşaqları qohumlarının övladlığa götürməsi asanlaşdırılır

0
(Yenilənib 15:44 09.03.2021)
"Ailə Məcəllə"sinə dəyişiklik edilib. Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. Azərbaycanda uşaqların qohumları (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) tərəfindən övladlığa götürülməsi proseduru asanlaşdırılır.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Ailə Məcəllə"sinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

- övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

- övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

- övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

- övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Dəyişiklik səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

0