Türkiyədən ABŞ-a qarşı daha bir tələb

© AFP 2023İncirlik Hərbi Hava Bazası
İncirlik Hərbi Hava Bazası - Sputnik Azərbaycan
Abunə olmaq
Onlara 15 İyul dövlət çevrilişi cəhdində rolları olduğu iddiası ilə istintaqın açılması tələb edilib

BAKI, 4 avqust — Sputnik. Türkiyədə aralarında ABŞ Mərkəzi Qüvvələr Komandanı general Cozef Votel və İncirlik bazasındakı 11 ABŞ hərbçisinin həbs olunması tələb edilib.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Türkiyədə İctimai Ədalət və Yardımlaşma Dərnəyi və FETÖ ilə Sivil Mübarizə Platforması Adana Baş Prokurorluğuna müraciət edərək, aralarında ABŞ Mərkəzi Qüvvələr Komandanı general Cozef Votel və İncirlik bazasındakı 11 ABŞ hərbçisinin həbs olunmasını tələb edib. Onlara 15 İyul dövlət çevrilişi cəhdində rolları olduğu iddiası ilə istintaqın açılması tələb edilib.

Bununla bağlı vəkil Berzan Toprak Adana Baş Prokurorluğuna müraciət edib və onların həbs edilməsini tələb edib. İttihamda amerikalı zabitlərin FETÖ ilə birlikdə hərəkət etdikləri irəli sürülüb və onların birlikdə olduğu şəkillər prokurorluğa sübut olaraq təqdim olunub.

Xəbər lenti
0