Qar

Səudiyyə Ərəbistanına qar yağdı - VİDEO

551
Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərinə qar yağdı, mənzərələr sosial şəbəkələrdə gündəm oldu

BAKI, 4 avqust — Sputnik. Səudiyyə Ərəbistanının Xamis Muşayt şəhərinə qar yağdı, mənzərələr sosial şəbəkələrdə gündəm oldu.

Sputnik Azərbaycan "Haber3"ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Əsr bölgəsində yerləşən Xamis Muşayt şəhərində bu gün başlayan leysan yağış daha sonra qara çevrilib. Çöl iqliminin hakim olduğu ölkədə yağan qar çaşqınlığa yol açıb.

Vətəndaşlar isə qarla örtülmüş küçələrin görüntülərini sosial şəbəkələrdə paylaşıb.

551
Azərbaycan və Türkiyə bayraqları olan tablo, arxiv şəkli

Ankara Opera Balet Teatrında ölkəmizə dəstək məqsədilə bədii proqram təqdim ediləcək

1
(Yenilənib 23:33 23.11.2020)
Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

BAKI, 23 noyabr — Sputnik. Ankara Opera və Balet Teatrında Azərbaycana dəstək məqsədilə zəngin bədii proqram təqdim ediləcək.

Sputnik Azərbaycan xəbər verir ki, proqram Azərbaycanın Türkiyədəki Səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADƏHF) və Anadolu Mədəniyyətlərin araşdırılması və inkişafı dərnəyi tərəfindən birgə təşkil olunacaq.

Proqramda solistlər Şəfiqə Kutluər və Şənol Talınlı zəfər tərənnümlü ifalarla tamaşaçıların qarşısına çıxacaqlar. Konsert noyabrın 27-də baş tutacaq.

1
Teqlər:
dəstək, proqram, teatr
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

10
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

10
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi