Rik Cenest

"Zombi oğlan" intihar edib

249
(Yenilənib 15:32 03.08.2018)
Rik Cenest 2011-ci ildə Ledi Qaqanın "Born This Way" klipində rol aldıqdan sonra məşhur olub

BAKI, 3 avqust — Sputnik. Bədənindəki tatuları ilə məşhurlaşan və amerikalı məşhur müğənni Ledi Qaqanın klipində çəkilən "Zombi boy" ləqəbli kanadalı Rik Cenest intihar edib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Cenestin meyiti evində tapılıb.

Onun 32 yaşı var idi və Cenesti tanıyanların sözlərinə görə, son zamanlar psixoloji problemlərdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Rik Cenest 2011-ci ildə Ledi Qaqanın "Born This Way" klipində rol aldıqdan sonra məşhur olub. Rik Cenestin adı bədənindəki tatuların sayına görə Ginnesin "Rekordlar kitabı"na daxil edilib. Onun bədəninin 90 faizi tatu ilə örtülü olub.

249
Teqlər:
Rik Cenest, "Zombi boy", müğənni Ledi Qaqa, məşhur, tatu, Ginnesin "Rekordlar" kitabı, klip
Əlaqədar
Xanəndələrin müəmmalı ölümündə yeni faktlar: Biri digərini qətlə yetirib və intihar edib
Bakıda intihar tıxacı: Şəhərin bir hissəsi kilidləndi
“Kristal Abşeron”da dəhşətli intihar oldu
Populyar müğənninin anasının intihar etməsi ilə bağlı yeni xəbər var
Məşhur müğənninin anası intihara əl atıb
ABŞ-da epidemioloji vəziyyət

Hələ ikincini yola verməmişik, həkim artıq üçüncü dalğadan danışır

1
Amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir

BAKI, 12 iyul — Sputnik. Amerikalı həkim Çad Kriliç deyir ki, əgər hökumətlər və vətəndaşlar lazımi tədbirləri görməsələr, koronavirusa yoluxanların sayı daha da arta bilər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Deutsche Welle-yə müsahibəsində deyib.

O, hələ may ayında, ABŞ-da məhdudiyyətlərin tədricən qaldırıldığı vaxt yoluxanların sayının artdığına diqqət çəkib. Kriliçə görə, belə meylləri qətiyyən nəzərdən qaçırmaq olmaz və müdafiəni gücləndirmək, insanları testlər və dərmanlarla kifayət qədər təmin etmək lazımdır. 

Həkim eləcə də qeyd edib ki, qripin yayılması fonunda dünyanı infeksiyanın üçüncü dalğası gözləyir.

“Bu, bir növ üç pərdəli pyesə bənzəyir, biz hələ ikinci mərhələdəyik. Sonra üçüncü olacaq”, - Kriliç deyib.

Kriliç bildirir ki, yeni dalğanın başlanğıcı bir neçə amildən asılı olacaq: yəni vaksin tapılacaqmı, yaxud insanlar təhlükəsizlik qaydalarına necə əməl edəcəklər. Bununla yanaşı, amerikalı həkim deyir ki, vaksinin tezliklə yaradılacağı barədə xəbərlər arzuların gerçəklik kimi təqdim olunması cəhdləridir.

Bir müddət öncə Bruklin Mərkəzi Xəstəxanasında işləyən rusiyalı həkim-reanimatoloq Yevgeni Pinelis bildirib ki, Amerika səhiyyəsi koronavirus epidemiyasına hazır deyildi. Onun sözlərinə görə, epidemiyanın pik dövründə həkimlərin xəstəliyi təyin etmək üçün test sistemləri yox idi, onlar yalnız əlamətlərə baxıb diaqnoz qoyurdular.

Bu gün isə Rusiya ilk koronavirus vaksininin sınağının bitdiyini elan edib. Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarında iştirak edən könüllülərin hamısının özünü əla hiss etdikləri, iyulun 15-i və 20-də evə yazılacaqları bildirilib.

 

1
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı
Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu
Ciyərlərimizdəki "buzlu şüşə": Koronavirusa yoluxmadığımızı necə öyrənə bilərik?
Pasiyentə iynə vurulması, arxiv şəkli

Dünyada ilk koronavirus vaksininin sınağı bitdi

122
Rusiya ilk koronavirus vaksininin sınağının bitdiyini elan edib. Tədqiqatı aparan universitet və institutun rəhbərləri könüllülərin durumunu izah ediblər

BAKI, 12 iyul — Sputnik. Seçenov Universitetində koronavirus əleyhinə dünyada ilk vaksinin sınaqları uğurla başa çatıb, könüllülərin ilk qrupu artıq çərşənbə günü evə yazılacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Seçenov Universitetinin Tibbi Translyasiya və Biotexnologiyalar İnstitutunun direktoru Vadim Tarasov deyib. 

Rusiya Müdafiə Nazirliyi iyunun 18-də Seçenov Universitetində Qamalei adına Milli Epidemiologiya və Mikrobiologiya Mərkəzinin hazırladığı koronavirus əleyhinə peyvəndin sınaqlarının keçiriləcəyini bildirmişdi.

“Seçenov Universiteti könüllülər üzərində dünyada ilk koronavirus vaksininin sınağını uğurla tamamlayıb”, - Tarasov deyib.

Tibbi Parazitologiya, tropik və transmissiv xəstəliklər İnstitutunun direktoru Aleksandr Lukaşev RİA Novosti-yə bildirib ki, tədqiqatın bu mərhələsinin vəzifəsi vaksinin insan sağlamlığına təhlükəsizliyini göstərmək idi və buna da nail olundu.

Könüllülər iki qrupa bölünüblər – birincilərə bir, ikincilərə iki doza vaksin vurulub. Lukaşevin sözlərinə görə, peyvənddən sonrakı ilk günlərdə hərarətin qalxmasından başqa onlarda heç bir neqativ reaksiya müşahidə olunmayıb, hamısı özünü əla hiss edir.

Öz növbəsində Tarasov qeyd edib ki, könüllülər uzun müddət təcriddə saxlanılıb, xarici mühitlə əlaqələri hələ sınaqlardan əvvəl dayandırılıb ki, koronavirusa yoluxma halları istisna edilsin.

Tarasovun sözlərinə görə, uzunmüddətli təcrid könüllülərin psixoloji durumuna təsir edib. Tədqiqat zamanı münaqişəli situasiyalar yaranıb, emosinal gərginlik artdığından işə psixoloqlar cəlb edilib ki, çətin şəraitdə yaranan gərginliyi azaltsınlar.

Ancaq o deyir ki, yaxın günlərdə könüllülər adi həyatlarına dönə, idmanla məşğul ola, təhsil ala, işə gedə  bilərlər. İyulun 15 və 20-də evə yazıldıqdan sonra onların səhhəti tibb işçilərinin nəzarətində olacaq, həkimlər onların immunitetinin “özünü necə apardığını” öyrənəcəklər. 

Vaksinin sonrakı hazırlanma planı artıq onu düzəldənlərin strategiyası, eləcə də virusla bağlı epidemioloji situasiya və istehsalın mümkün miqyası ilə təyin olunacaq, Lukaşev deyib.

“Seçenov Universiteti pandemiya şəraitində təkcə maarifləndirici müəssisə deyil, həm də dərman preparatları kimi vacib və mürəkkəb məhsulların yaradılmasında iştirak edən elmi-texnoloji mərkəz kimi özünü göstərdi. Biz bu vaksinlə hələ kliniki tədqiqatlardan və protokolun hazırlanmasından öncə də işləyirdik, indi isə kliniki tədqiqatları aparırıq”, - Tarasov deyib.

Lukaşev isə əlavə edib ki, koronavirus infeksiyası əleyhinə vaksinin təhlükəsizliyi kliniki sınaqlar vasitəsilə təsdiq olunub.

“Bu mərhələdə vaksinin təhlükəsizliyi sübut olundu. O, hazırda bazarda mövcud olan vaksinlərin təhlükəsizlik səviyyəsinə uyğun gəlir”, - Lukaşev bildirib.

O qeyd edib ki, kliniki sınaqlardan öncə könüllülər hərtərəfli yoxlanılıblar, hətta onlarda koronavirusa qarşı anticisimlərin olmadığı da müəyyən edilib. Sonra onları iki həftəlik təcrid ediblər ki, yoluxmaasınlar. Bundan sonra isə immunizasiya aparılıb və tədqiqat başlanıb.

 

122
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST Rusiyadan cavab gözləyir: üç vaksinə görə əməkdaşlıq istəyirlər
Sonun başlanğıcı – Koronavirus vaksininin vurulduğu könüllülər ilk dəfə danışdılar
Vaksin yarışı: Çin ikinci koronavirus peyvəndini hazır etməyə tələsir
ÜST Rusiyanın COVID-19 vaksini ilə maraqlanıb
Rusiya koronavirus vaksininin sınaqlarının yekun mərhələsinə başlayıb