Çavuşoğlu və Pompeo

ABŞ-dan Türkiyəyə xəbərdarlıq: Sanksiyalar ciddi olduğumuzu göstərir

64
(Yenilənib 14:44 03.08.2018)
Türkiyə tərəfi: Böhranların, problemlərin bir gündə həll edilməsini gözləmək olmaz

BAKI, 3 avqust — Sputnik. Sinqapurda ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş baş tutub. Sputnik Türkiyə xəbər verir ki bu, ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalardan sonra tərəflər arasında baş tutun ilk görüşdür.

Görüşdən sonra Pompeo jurnalistlərə açıqlamasında "sanksiyalar ciddi olduğumuzu göstərir" açıqlamasını verib. Digər tərəfdən ABŞ Dövlət Departamenti yaydığı məlumatda tərəflərin problemlərin həlli ilə bağlı birgə çalışacağını bəyan edib.

Bu arada, görüşdən sonra jurnalistlərə açıqlama verən Çavuşoğlu bəyan edib ki, görüş zamanı problemləri necə həll edə biləcəklərini dəyərləndiriblər: "Səmərəli görüş olduğunu deyə bilərəm. Böhranların, problemlərin bir gündə həll edilməsini gözləmək olmaz".

Qeyd edək ki, həftənin əvvəlində ABŞ Maliyyə Nazirliyi Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Ankaranın amerikalı rahib Endryu Bransonun vətəninə qayıtmasına icazə verməməsi olub.

64
Teqlər:
sanksiya, görüş, xarici işlər naziri Mövlud Çavuşoğlu, Türkiyə, dövlət katibi Mayk Pompeo, ABŞ, Sinqapur
Əlaqədar
Politoloq: “Türkiyə tərəfi sanksiyalara adekvat cavab verəcək”
Türkiyədən ABŞ-ın sanksiya qərarına maraqlı cavab
ABŞ Senatı Türkiyəyə qarşı sanksiya qərarı qəbul edib
Putin Qərb ölkələrinə qarşı sanksiyaları uzatdı

Prezident İlham Əliyev İranın yeni seçilmiş prezidentini təbrik edib

1548
(Yenilənib 19:12 19.06.2021)
İranın daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli prezident seçkilərində İbrahim Rəisinin qalib gəldiyini bəyan edib.

Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Rəisi,

İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası tarixən dini və mədəni köklərlə bağlı olduğu İran İslam Respublikası ilə münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr, o cümlədən Dövlət Komissiyasının uğurlu fəaliyyəti qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.

Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilmişdir. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.

İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

İranda prezident seçkilərinin nəticələri

İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində qalib gəlib. Bu barədə ölkənin daxili işlər naziri Əbdülreza Rəhmani Fəzli bəyan edib.

"İbrahim Rəisi 17 926 345 səs toplayaraq, İranın icraedici hakimiyyətinin başçısı və prezident olub", - Fəzli deyib.

İkinci yerdə 3 412 712 səs yığmış Möhsün Rezai gedir. Əbdülnasir Həmmati 2 427 201, Hüseyn Həzizadə Haşimi isə 992 718 səs toplayıb.

Səsvermənin ilkin nəticələri

İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi prezident seçkilərində liderlik edir. Bunu İranın seçkilərin keçirilməsi üzrə qərargahın rəhbəri Camal Orf bildirib.

"Seçkilərdə 28,6 milyon həmyerlimiz iştirak edib. Səslərin sayılması nəzərə alsaq bu ilkin nəticələrdir. Hazırda İbrahim Rəisi 17,8 milyondan çox seçiciinin səsini toplayıb. Möhsün Rezai 3,3 milyondan çox, Həmmati 2,4 milyondan çox, Həzizadə Haşimi isə 1 milyon səs toplayıb", - o deyib.

Səsvermə və səslərin hesablanması

İranda prezident seçkilərində səsvermə yerli vaxtla saat 02:00-da (Bakı vaxtı ilə saat 01:30) rəsmən başa çatıb. Bununla belə, bəzi məntəqələrdə hələ seçicilər və məntəqə üzvləri işləməyə davam edirlər.

Sputnik Azərbaycan İRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasında seçkilərin keçirilməsi üzrə qərargah şənbə günü bildirib.

“Səsvermənin keçirilməsi sona çatdı. Hazırda səsvermə yalnız seçicilərin olduğu məntəqələrdə davam edir”, - deyə seçkiləri müşahidə edən gənc jurnalistlər klubundan bildirilib.

Səsvermə cümə günü yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə saat 06:30) başlanıb və saat 00:00-a (saat 23:30) qədər davam etməli idi, ancaq seçki məntəqələrinin işinin müddəti səsvermənin tam başa çatmamasına görə uzanıb.

Bu halda IRIB teleradioyayım şirkəti bildirib ki, seçki məntəqələrinin əksəriyyətində artıq iş qurtarıb, indi səslərin hesablanmasına başlanılıb.

Prezidentliyə namizəd Abdulnaser Hemmatinin seçki qərargahının nümayəndəsi Cahanbəxş Xancani bildirib ki, yerli vaxtla saat 02:00-a (Bakı vaxtı ilə saat 01:30) olan məlumata görə, seçkilərdə 28,4 milyon seçici iştirak edib. Ölkədə səsvermə hüququ olan vətəndaşların sayı 59,31 milyon nəfərə yaxındır. Beləliklə, seçkilərdə iştirak təxminən 48 % təşkil edib.

Favorit kimdir?

Prezident seçkilərinin favoriti İbrahim Raisi hesab edilir. Altmış yaşlı siyasətçi 2019-cu ildən İran məhkəmə orqanlarının başçısı postunu tutur, o, əvvəllər baş prokuror olub. Raisi seçkiqabağı kampaniyasının gedişatında yoxsulluğa və korrupsiyaya qarşı mübarizə aparmağa söz verib. 2017-ci ildə Raisi prezident olmağa təşəbbüs edib, ancaq Həsən Ruhaniyə uduzub.

Ondan başqa, prezident postu uğrunda Möhsen Rezai də mübarizə aparır. O, 1980-90-cı illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusuna başçılıq edib. İranın prezident vəzifəsinə həmçinin Mərkəzi Bankın sədri Abdulnaser Hemmati və parlament sədrinin müavini Əmir Hüseyn Kazizade Haşimi də namizəddir.

Londonda seçki qərargahına hücum

Ötən gün Londondakı İran konsulluğunun qarşısında toplanan bir qrup şəxs səsverməyə mane olmağa çalışıblar. Onlar binaya girən hər kəsin üzərinə boya töküblər.

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Mehdi Hüseyni “Twitter” səhifəsində bildirib ki, İran ölkənin Londondakı konsulluğunda yerləşən seçki məntəqəsinə edilən hücumla əlaqədar məhkəməyə müraciət etmək niyyətindədir.

"Əksinqilabçı ünsürlərin İran vətəndaşına qarşı hücumu qanunla mühakimə ediləcək. Keçmişi terror bağlı olan və xarici dairələrlə əlaqəli saxta demokratiya tərəfdarları keçmişi səs vermək istəyən bir qadını vəhşicəsinə döyüblər. Nəticədə qadın ağır kəllə-beyin travması alıb", - Hüseyni yazıb.

 

1548

Bu dünyanı dəyişməliyik

10
(Yenilənib 15:07 18.06.2021)
Krasnodarlı rəssam Vladimir Kandr tullantılardan beşmetrlik "Dalğa" adlı qurğu düzəltdi - Ətraflı videomuzda.

 

Rəssam Vladimir Kandr ətraf mühitin çirklənməsi problemindən o qədər narahat olub ki, bu məsələnin həll yolu onun yuxusuna girib. Belə ki, tullantılardan "Dalğa" adlı qurğu düzəltmək ideyası ona yuxuda gəlib.

Vladimir müsahibəsində bildirib ki, üç tondan çox zibil toplayıb, onları yenidən emal edərək yığılıb-sökülən qurğu düzəldib.

"Bu doqquz hissəyə bölünən dalğadır, nəqliyyatla da daşına bilir. Müasir sivilizasiyamızla ətraf mühiti necə məhv etdiyimizi anlamaq üçün qurğunun ortasında bir oyuq da düzəltdim," – deyə rəssam fikirlərini bölüşür.

Kandrın sözlərinə görə, o, dostları ilə həmişə təbiət qoynunda dincəlməyə gedəndə həm də digər turistlərin zibillədiyi əraziləri təmizləməklə məşğul olublar. Belə gəzintilər zamanı metal çəlləklərdən tutmuş konyak şüşələrinə qədər maraqlı və qeyri-adi əşyalara da rast gəlinir.

"Tullantılar yer dəyişdirir, başqa ölkələrdən bizə qədər gəlib çıxır. Hərdən qeyri-adi tapıntılar da olur. Bəzən bir kvadratmetr ərazidə beş alışqan, çox sayda taykeş ayaqqabılara rast gəlmək olar. Onları geyinmək də mümkündür, amma hər tayı fərqli olacaq", – ekoaktivist zarafatla deyir.

Vladimir Kandr onu da bildirib ki, hazırda "Dalğa"dan da böyük yeni layihə üzərində işləyir. Yeni qurğu da eyni tərzdə, ancaq başqa süjet əsasında hazırlanacaq.

10
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

0
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

0