Зоя Тадевосян

Ermənistanın eks-prezidentinin silahdaşı: "Torpaqları Azərbaycana qaytarmaq lazımdır"

328

BAKI, 1 avqust — Sputnik. "Əgər münaqişənin həlli bunu tələb edirsə, Qarabağ azadlıq mübarizəsinin gedişində azad olunmuş əraziləri (burada keçmiş DQMV-nin ərazisinə daxil olmayan işğal edilmiş Azərbaycan əraziləri nəzərdə tutlur — red.) Azərbaycana qaytarmaq lazımdır". Erməni Milli Konqresinin (Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın partiyası — red.) üzvü Zoya Tadevosyan jurnalistlərlə görüşündə belə bir bəyanatla çıxış edib. Sputnik Azərbaycan bu barədə Aysor-a istinadən məlumat verir.

Tadevosyan qeyd edib ki, "bu ərazilər "Arsax"ın (Dağlıq Qarabağ — red.) əraziləri deyil".  

ATƏT-in avtomobiləri təmas xəttində
© Foto: AR Müdafiə Nazirliyinin mətbuat xidməti

"Biz onlara azad olunmuş ərazilər deyirik. Əslində, sizyaxşı bilirsiz, bu auditoriyada da hamı başa düşür ki, bunlar işğal olunmuş ərazilərdir", — o bildirib.

Jurnalistlərin işğal olunmuş ərazilər barədə bu bəyanatın nə anlama gəlməsi barədə sualına Tadevosyan sualla cavab verib: "Onlar erməni torpaqlarıdır?"

Həmin torpaqların qaytarılmasının vacib olub-olmaması barədə suala cavab verərkən Tadevosyan onun sözlərindən incimək lazım olmadığını deyib, çünki bu məsələləri o həll etmir.

Onun sözlərinə görə, bu məsələ həmişə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qaldırılıb və ümumiyyətlə müzakirə mövzusu olub. 

"Hörmətli jurnalist, məndən incimək cə cavabdeh olmadığım bir şeyi tələb etmək lazım deyil. Əgər söhbət torpaqların qaytarılması əvəzinə nizamlanmadan gedirsə, əlbəttə ki, bu düzgündür. Əgər bütün ölkələr məsələni bu yolla həll edirlərsə, onda…", — o bildirib.

Erməni tərəfinin bu torpaqları işğal olunmuş yox, azad edilmiş saydığı barədə irada cavab verərəkən isə Tadevosyan bunun erməni tərəfinin mövqeyi olduğunu, beynəlxalq ictimaiyyətin bu məsələdə fərqli mövqedən çıxış etdiyini, o ərazilərin işğal edildiyini bildirdiyini deyib.

O həmçinin jurnalistin "Arsax xalqının bu barədə mövqeyini öyrənmisinizmi?" sualına  "heç kimdən heç nə öyrənməmişəm, sadəcə faktı nəzərinizə çatdırıram" cavabını verib.

328
Əlaqədar
Vüqar Rəhimzadə: "Dağlıq Qarabağ problemi tək Azərbaycana mənfi təsir göstərmir"
Ermənistanın baş nazirindən Dağlıq Qarabağa dair pessimist bəyanat
Dağlıq Qarabağ məsələsi ATƏT PA-nın sessiyasında gündəmə gəldi
Dağlıq Qarabağla bağlı kritik görüşün vaxtı açıqlandı