Активисты требуют отставки мэра столицы, Тарона Маргаряна (10 мая 2018). Ереван

Ermənistan Rusiyanın ittihamlarına cavab verdi

357
(Yenilənib 19:05 01.08.2018)
Balayan əlavə edib ki, ölkə daxilində baş verənlərin heç bir halda Ermənistanın xarici siyasəti bağlılığı yoxdur

BAKI, 1 avqust — Sputnik. Ermənistan hökuməti bundan sonra da Ermənistan – Rusiya tərəfdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsində, Avrasiya İqtisadi ittifaqı və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində qarşılıqlı əlaqələrin effektivliyinin artırılmasında maraqlıdır. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.

O, eyni zamanda qeyd edib ki, Ermənistanın xarici siyasətində prioritetlər dəyişməyib və onlar ölkə parlamentində təsdiqlənən hökumətin proqramında aydın şəkildə göstərilir.

Balayan əlavə edib ki, ölkə daxilində baş verənlərin heç bir halda Ermənistanın xarici siyasəti bağlılığı yoxdur.

Qeyd edək ki, ötən gün Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib ki, Ermənistandakı hadisələr ölkənin yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bəyanatları ilə ziddiyyət təşkil edir. 

"Rusiya Yerevanın müttəfiqi kimi həmişə erməni dövlətinin sabitliyində maraqlı olub, ona görə də orada baş verənlər bizi narahat etməyə bilməz. Bu narahatlıq həmçinin Ermənistanın iştirak etdiyi MDB məkanında fəaliyyət göstərən təşkilatların normal işinin təminatı baxımından da mövcuddur", — deyə o bildirib.

"Son günlər biz öz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinin nəzərinə çatdırmışıq. Ümid edirik ki, vəziyyət konstruktiv məcrada davam edəcək" — nazir əlavə edib.

Onun sözlərinə görə, Moskvada Ermənistanda may ayında baş verən böhran zamanı "böyük məmnuniyyətlə bu böhranın həllinin bütün aparıcı partiyaların iştirakı ilə kompomis əsasında tapılmasını qeyd edirdilər". "Biz ümid edirdik ki, bu nəticədən çıxış edərək bütün siyasi qüvvələr, ilk növbədə Ermənistanın yeni rəhbərliyi, yeni iqtidar birləşdirici yanaşmanı davam etdirəcək, milli birliyi möhkəmləndirəcək", — Lavrov bəyan edib.

"Lakin son günlərin olayları aşkar şəkildə belə müsbət başlanğıcı pozur, Ermənistanın yeni rəhbərliyinin öz siyasi sələflərini təqib etməmək barədə bu yaxınlarda verdiyi bəyanatları ilə ziddiyyət təşkil edir", — nazir fikrini yekunlaşdırıb.

Ermənistanın Xüsusi İstintaq Xidməti iyulun 26-da keçmiş prezident Robert Köçəryana qarşı ölkənin konstitusion quruluşunu dəyişmək ittihamını irəli sürüb. Köçəryan məhkəmə qərarı ilə iki aylığına həbs edilib. Keçmiş prezident ittihamların siyası xarakterli olduğunu bəyan edib. Ondan əvvəl isə keçmiş müdafiə naziri Mikael Arutyunyan 2008-ci il 1 mart hadisələri ilə bağlı müqəssir qismində istintaqa cəlb olunub və barəsində axtarış elan olunub. KTMT baş katibi Yuri Xaçaturova da bu iş çərçivəsində ittiham irəli sürülüb. Xaçaturov zaminə buraxılıb.

357