Hindistanda yağan şiddətli yağış

Təbii fəlakət ölkəni vurdu 106 ölü, 100-dən çox yaralı

178
(Yenilənib 23:44 01.08.2018)
Ştatın baş naziri Yoqi Adityanatx ştat sakinlərini mövcud təhlükə barədə yerli sakinləri xəbərdar etməyə çağırıb

BAKI, 1 avqust — Sputnik. Hindistanda son bir həftə ərzində yağan güclü musson yağışları nəticəsində ən azı 106 nəfər ölüb, 100 nəfərdən çox insan itkin düşüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, təbii fəlakət Uttar Pradeş satında baş verib.

Məlumata əsasən, təkcə son 24 saat ərzində regionda 14 nəfər ölüb, 7-si yaralanıb. Təbii fəlakət nəticəsində 600-dən çox ev dağıdılıb.

Ştatın baş naziri Yoqi Adityanatx ştat sakinlərini mövcud təhlükə barədə yerli sakinləri xəbərdar etməyə çağırıb.

178