Həsən Ruhani

Parlament dövlət başçısına bir ay vaxt verdi - Qonşuda

87
(Yenilənib 19:38 01.08.2018)
Ölkə qanunvericiliyinə əsasən prezident sualları aldıqdan sonra bir ay müddətinə parlament qarşısında çıxış etməlidir

BAKI, 1 avqust — Sputnik. İran parlamenti ölkə prezidenti Həsən Ruhaniyə ölkədə iqtisadi problemlərin aradan qaldırılması üçün hökumətin gördüyü tədbirlərə dair hesabat verməsi üçün bir ay vaxt verib. Bu barədə Sputnik Azərbaycan Mehr agentliyinə istinadən xəbər verir.

"Ümumilikdə 290 parlament üzvündən 92-i prezident Ruhanidən parlamentin suallarına cavab verməyi tələb edib. Məsələyə yenidən baxıldıqdan sonra onların sayı 80-ə enib", — deyə parlamentin spikeri Əli Laricani bildirib.

Laricani vurğulayıb ki, ölkə qanunvericiliyinə əsasən prezident sualları aldıqdan sonra bir ay müddətinə parlament qarşısında çıxış etməlidir.

Agentliyin məlumatına görə, parlament prezidentdən uzun illərdir davam edən iqtisadi tənəzzül, sanksiyaların artırılması və xarici valyutaya nisbətdə yerli valyutanın dəyərinin aşağı düşməsi, hökumətin ərzaq qiymətlərinə nəzarət edə bilməməsinə dair hesabat tələb edir.

Qeyd edək ki, daha əvvəl İran prezidenti Həsən Ruhani ölkədə iqtisadi problemlərin olduğunu etiraf edib.

87
Əlaqədar
Ekspert: “İran-ABŞ müharibəsinin olma ehtimalı çoxdur”
Sərhədi pozmaq istəyən silahlı İran vətəndaşları saxlanılıb
İran Rusiyadan on ədəd qırıcı alıb
İran iki hərbi gəmisini Azərbaycana göndərir