Ukraynada etiraz aksiyası

Ukraynada erməni əsilli nazirə qarşı etiraz aksiyası keçirilir

205
(Yenilənib 15:39 01.08.2018)
Onlar Avakovun istefaya göndərilməsini tələb edirlər

BAKI, 1 avqust — Sputnik. Ukraynanın paytaxtı Kiyevdə Daxili İşlər Nazirliyinin (DİN) qarşısında etiraz aksiyası keçirilir. Sputnik Azərbaycan "112. Ukrayna" telekanalına istinadən xəbər verir ki, onlar erməni əsilli daxili işlər naziri Arsen Avakovun istefasını tələb edirlər.

Telekanalın məlumatına görə, Donbasda hərbi əməliyyatlarda iştirak edən Vitali Oleşko və Herson merinin müşavirinə təşkil edilən hücumla əlaqədar insanları DİN binasının qarşısında toplaşmağa "Pyotr Poroşenko Bloku"nun deputatı Mustafa Hayem çağırıb.

"Artıq onlarla etirazçı toplaşıb. Onlar daxili işlər naziri Arsen Avakovun istefasını və Herson vilayətinin polis rəhbərliyinin istefaya göndərilməsini tələb edirlər. Onların fikrincə, burada maraqların münaqişəsi var" — deyə telekanalın jurnalisti bildirib.

205
Teqlər:
etiraz aksiyası, DİN, Arsen Avakov, Ukrayna, Kiyev, Daxili İşlər Nazirliyi, paytaxt
Əlaqədar
Putin Ukrayna və Gürcüstana görə xəbərdarlıq etdi
Avropa İttifaqı Ukraynanın xahişini nəzərə alıb
Putin və Merkel RİA Novosti-nin Ukrayna bürosunun əməkdaşından danışdı
Ukrayna hakimiyyəti qarşısında sərt tələb qoyuldu
Ukrayna Azərbaycana ekstradisiya barədə müraciət etdi