Nikol Paşinyan

Paşinyan xalqı yenidən küçələrə çağırdı

261
(Yenilənib 13:18 01.08.2018)
"Bu, olduqca önəmli tədbirdir, hamının iştirakı vacibdir"

BAKI, 1 avgust — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan xalqı yenidən Yerevanın mərkəzi respublika meydanına toplaşmağa çağırıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə baş nazir "Facebook"da canlı yayım zamanı bildirib.

"Baş nazir postunda olmağımın 100 günü tamam olur. Mən hər kəsi 17 avqust saat 18:30-da Respublika meydanında böyük mitinqə səsləyirəm" — deyə Paşinyan vurğulayıb.

O, son 100 gün ərzində Ermənistanda baş verənlər və bundan sonra baş verəcəklər barədə danışacaq: "Bu, olduqca önəmli tədbirdir, hamının iştirakı vacibdir. Bu tədbirdə iştirak sabit inkişafın əsasının qoyulması, bizim qarşılaşdığımız və üzərində işlədiyimiz problemlərin müzakirəsi üçün önəmlidir".

Paşinyanın sözlərinə görə, məhz bu meydanda "sevgi və razılıq" inqilabı baş verib.

Qeyd edək ki, Nikol Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçilib.

261
Teqlər:
mitinq, Yerevan, Nikol Paşinyan, baş nazir, Ermənistan
Əlaqədar
Paşinyanın Bakının şərtlərini qəbul etməkdən başqa yolu qalmayıb
Paşinyan indi də Trampla görüşmək istəyir
Paşinyan Rusiya hərbçilərinə münasibətini açıqladı
Hikmət Hacıyev Paşinyanlara cavab verdi: “Sülhdən danışmaq qeyri-səmimi yanaşmadır”