Qonşuluqda dolların məzənnəsi tarixi rekord vurdu

© AFP 2023 / Atta Kenareİran pulu və dollar
İran pulu və dollar - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda 1 dollar 10 min tüməndən bahadır

BAKI, 30 iyul — Sputnik. İranda "qara bazar"da ABŞ dolları rekord həddədək bahalaşıb. Belə ki, hazırda 1 dollar 10 min tüməndən (yerli pul vahidi — red.) bahadır.

Sputnik Türkiyə xəbər verir ki, İranda son bir ayda məzənnəsi artan dolların dəyəri 10 min 700 tümənə çatıb. İranda avronun dəyəri 12 min 650 tümən olub, türk lirəsi isə 2 min 250 tümənə çatır.

İranda dolların məzənnəsinin qısa bir zamanda 4 min tüməndən 7500 tümən səviyyəsinə yüksəlməsindən sonra İran prezidenti Həsən Ruhani hökuməti aprel ayında dolların məzənnəsinin 4200 tümən səviyyəsində sabitləşməsinə qərar vermiş və "qara bazar"da dollar alqı-satqısını qadağan etmişdi.

İran Mərkəzi Bankı isə öz növbəsində bir dolların məzənnəsinin 4 403 tümənə qaldırıldığını bəyan edib.

Xəbər lenti
0