Yaxın Şərqdə İrana qarşı yeni plan: Ərəb NATO-su

© REUTERS / STRНациональный флаг Ирана
Национальный флаг Ирана - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev və Yaxın Şərq mənbələrinin sözlərinə görə hazırda həyata keçirilən bu layihə "Ərəb NATO"su adlanır

BAKI, 29 iyul — Sputnik. Donald Tramp Administrasiyası gizli olaraq Yaxın Şərqdə hərbi ittifaq yaratmaq layihəsi üzərində çalışır. Bu barədə Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən yeni hərbi ittifaq İranın Yaxın Şərqdə artan siyasi və hərbi nüfuzunun qarşısını almalıdır.

Ağ Ev və Yaxın Şərq mənbələrinin sözlərinə görə hazırda həyata keçirilən bu layihə "Ərəb NATO"su adlanır.

Məlumata əsasən Ərəb NATO-suna Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Bəhreyn, Misir və İordaniya daxil olacaq. Qurulması planlaşdırılan ittifaq həmçinin region ölkələri arasında iqtisadi və diplomatik əlaqələrinin daha da inkişaf etdirilməsinin hədəfləyir.

Bölgədə durumu dəyişəcək layihə barədə açıqlama verən Ağ Ev rəsmiləri qeyd edib ki, son bir neçə aydır ortaqlarımızla bu plan üzərində işləyirik.

Xəbər lenti
0