Mikrofon, arxiv şəkli

Vətənində səhnədən qovdular, İngiltərəni fəth etdi

160
(Yenilənib 10:03 27.07.2018)
Yoraslav seçim edərək növbəti mərhələyə keçib

BAKI, 27 iyul — Sputnik. Rusiyalı məktəbli İngiltərənin "O səs, uşaq" yarışmasına qatılıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, o, opera musiqisi ifa edib. 11 yaşlı Yoraslav ifasi ilə bütün zalın rəğbətini qazanıb. Səsini bəyənən 3 münsifin hər biri ona "hə" deyərək çevrilib.

Yoraslav hər bir münsifə geri döndüyü üçün təşəkkür edib və arzusunun reallaşdığını qeyd edib. O, bildirib ki, ötən il Rusiyada keçirilən "O səs, uşaq" yarışmasına da qoşulub. Amma heç bir münsif heyəti ona tərəf dönmədiyindən yarışmada qala bilməyib.

11 yaşlı Yoraslav münsiflər arasında seçim edərək növbəti mərhələyə keçib.

160
Teqlər:
yarışma, məktəbli, Rusiya, İngiltərə