Yunanıstanda yanğın

Yüzə yaxın insanın öldüyü dəhşətli yanğının səbəbi açıqlandı

193
(Yenilənib 00:58 27.07.2018)
Yunanıstan hökuməti meşə yanğınları nəticəsində zərər çəkən şəxslərə dövlət investisiya proqramından 20 milyon avro ayıracaq

BAKI, 27 iyul — Sputnik. Yunanıstanın paytaxtı Afina ətrafında başlayan və 82 nəfərin ölümünə səbəb olan yanğının səbəbi açıqlanıb.

Sputnik Türkiyə xəbər verir ki, yanğının başlamasına səbəb köhnə elektrik xətlərində baş verən qəzadır.

Bu məlumatı yanğının başladığı Pentelis bölgəsinin bələdiyyə sədri Dmitris Stergiou radioya açıqlamasında da təsdiq edib.

Yunanıstanda bu həftənin əvvəlindən bir neçə güclü yanğın meydana gəlib. Bu yanğınların qurbanlarının sayı 82 nəfər çatıb. Ölkənin Attika vilayətində fövqəladə rejim elan olunub.

Ölkənin baş naziri Aleksis Tsipras Yunanıstanda üç günlük matəm elan edib. Yunanıstan Prokurorluğu yanğının baş vermə səbəblərini araşdırır.

Yunanıstan hökuməti, həmçinin meşə yanğınları nəticəsində zərər çəkən şəxslərə dövlət investisiya proqramından 20 milyon avro ayıracaq.

193
Teqlər:
matəm, fövqəladə vəziyyət rejimi, meşə, Yunanıstan, yanğın