Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker və ABŞ prezidenti Donald Tramp

Trampa qəbiristanlıq fotosu verildi, xəbərdarlıq edildi

216
(Yenilənib 02:28 27.07.2018)
Fotoda İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasına rəhbərlik edən general Corc Pattonun dəfn olunduğu Lüksemburq qəbirstanlığı əks olunub

BAKI, 27 iyul — Sputnik. Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker ABŞ prezidenti Donald Trampa hərbçilərin kütləvi şəkildə dəfn olunduğu ərazinin fotosunu hədiyyə edib. Bu barədə Sputnik Azərbaycan "RT"-yə istinadən xəbər verir.

​Fotoda İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılmasına rəhbərlik edən general Corc Pattonun dəfn olunduğu Lüksemburq qəbiristanlığı əks olunub.

"Əzizim Donald, gəlin bizim birgə tariximizi unutmayaq" — deyə fotoda qeyd olunur.

Qeyd edək ki, Tramp və Yunker ötən gün Vaşinqtonda görüşüb. Görüşün yekununda siyasətçilər ticarət sədlərinin aradan qaldırılması və qarşılıqlı vergilərin ləğv olunmasına dair razılığa gəliblər.

216
Teqlər:
foto, Jan-Klod Yunker, Donald Tramp, qəbiristanlıq