Robert Koçaryan müsahibə verir

Koçaryanı həbs edirlər: Eks-prezidentə ağır ittiham irəli sürüldü

71
(Yenilənib 23:53 26.07.2018)
O, başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilir

BAKI, 26 iyul — Sputnik. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs oluna bilər. Sputnik Azərbaycan xəbər verir ki, ona qarşı ölkənin Konstitusiya Quruluşunu dəyişmək ittihamı irəli sürülüb.

Xüsusi İstintaq Xidmətinin yaydığı məlumatda bildirilir ki, 2008-ci il 1-2 mart hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində toplanılan kifayət qədər sübutlar əsasında ölkənin keçmiş prezidenti ittiham irəli sürülüb. O, başqa şəxslərlə əlbir olaraq Ermənistanın Konstitusiya quruluşunu devirməkdə ittiham edilir.

Elə həmin gün Yerevan məhkəməsinə Robert Koçaryan barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı müraciət ünvanlanıb. Eks-prezident Xüsusi İstintaq Xidmətində bir neçə saat dindirilib.

Qeyd edək ki, Koçaryana qarşı Ermənistan Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Bu maddə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Koçaryan "Erkir media" telekanalına müsahibəsində ona qarşı irəli sürülən ittihamların hamısının qondarma olduğunu iddia edib. O, həbsxanadan qorxmadığını, həbsxanaya girməyə və oradan mübarizə aparmağa hazır olduğunu söyləyib.

71
Teqlər:
dövlət quruluşunu dəyişmək, ittiham, keçmiş prezident, Ermənistan, Robert Koçaryan
Əlaqədar
"Divana çəkilmək" sırası Koçaryana çatdı
Paşinyan parlamentdə: "Sarqsyan və Koçaryan deputatları qorxudur"